Şuşada stadion tikiləcək

25.05.2021 | 4470 dəfə oxunub

44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad olunmuş Şuşa şəhərində stadion tikiləcək. Stadium.Az xəbər verir ki, bu barədə prezidenti Ramin Musayev Azərbaycan kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu haqda söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq Abdullayev və ya Elxan Məmmədovu nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün nəsə desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün edirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli Şuşanın stadionu da olacaq".

O deyib ki, Şuşada stadion olduqdan sonra futbol arenası ətraf rayonlarda da tikiləcək: "Ağdamda stadion 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa, millimizə futbolçu axtarmaq da lazım deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail