"Böyüməyə və inkişaf etməyə çalışırıq"- De Byazi

26.05.2021 | 3838 dəfə oxunub

“İki qardaş ölkənin yoldaşlıq görüşü üçün burada olduğuma görə xoşbəxtəm. Türkiyə yığması Avropa çempionatına yüksələn güclü komandadır". 

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyə ilə sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, Türkiyə millisinə çətin anlar yaşatmaları onların Avro-2020-də işinə yaraya bilər. O, komandasının potensialı haqda isə bunları bildirib: "Bu vəzifədə 10 aydır çalışıram. Koronavirus pandemiyası çətinliklərimizi artırdı. Azərbaycan millisi keyfiyyətli komandadır. Beynəlxalq arenalardakı oyunlarla böyüməyə və inkişaf etməyə çalışırıq. Azərbaycanın gələcəkdə daha güclü komanda olacağını düşünürəm".

De Byazi Avro-2020-nin qrup mərhələsində keçiriləcək İtaliya – Türkiyə oyunu barədə düşüncələrini də bölüşüb: "Mançininin gəlişindən sonra İtaliya yığması yaxşı çıxış edir. Türkiyə yığmasının da sükanı arxasında Şenol Günəş kimi təcrübəli mütəxəssis var. Maraqlı oyun olacağını düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail