Mahir Emrelidən 3+1 illik müqavilə

26.05.2021 | 4252 dəfə oxunub

Azərbaycan yığmasınını hücumçusu Mahir Emrelinin «Legiya» ilə bağlayacağı müqavilənin müddəti məlum olub.

Stadium.az xəbər verir ki, Sportinfo.az-ın məlumatına görə, «Qarabağ»dan ayrılan forvard Polşanın ən tanınmış klubu ilə 3+1 illik sözləşməyə imza atacaq. Razılaşmaya əsasən, azərbaycanlı futbolçu 1, yaxud 2 ildən sonra Avropanın daha səviyyəli çempionatlarından birində təklif alarsa, «Legiya» bu keçidə şərait yaradacaq.

Aydın məsələdir ki, elə-belə yox, müəyyən məbləğ qarşılığında. Mahir iyunun 10-15-i aralığında sözügedən ölkəyə səfər edəcək. «Legiya» maliyyə şərtlərində razılığa gəldiyi forvardı öncə tibbi müayinədən keçirəcək. Varşava klubu onun gəlişini təmin etmək üçün artıq rəsmi qurumlara baş vurub. Mahirin viza alması üçün sənədləri toplayan «Legiya» rəsmiləri qarşıdakı iki həftə ərzində prosesin tamamlancağna ümid edir.

Emreli hazırda həkim nəzarəti altındadır. O, «Neftçi» ilə keçirlən Premyer Liqanın son matçında sıradan çıxıb. Ayaq əzələsini dartan hücumçunun baldır nahiyəsində 2-ci dərəcəli yırtıq aşkarlanıb. Onun müalicə prosesi iyunun ilk ongünlüyündə başa çatmaalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail