Şenol Günəşdən qələbə şərhi

28.05.2021 | 4262 dəfə oxunub

"Yoldaşlıq görüşü idi. Yeni oyunçuları görmək istəyirdik. Hazırda toplanış dönəmindəyik”.

Stadium.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.

2:1 hesablı qələbəni şərh edən 69 yaşlı mütəxəssis yoldaşlıq matçı olmasına baxmayaraq, qalib gəlməyin gözəl olduğunu bildirib: “Komandaya yeni qoşulan futbolçuları sınamaq istəyirik. Bəzilərini riskə atmaqdan qorxuruq. Futbolçular hələ istirahət ab-havasındadırlar. Amma istənilən halda qələbə qazanmaq hər zaman gözəldir. Əsas odur ki, bir çox oyunçuları bu gün sınadır. Azərbaycan son üç oyuna qədər çətinliklə məğlub olan komandadır. Gücündən yaxşı yararlanan komandadır. Bizi səhvə vadar etdilər, təhlükəli hücumlara çıxdılar. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin gücündən fərqli olaraq, bizim üçün dərs oldu. İtaliya, Uels, İsveçrə ilə görüşlər fərqli olacaq”.

Ş.Günəş oyunda zədələnən iki futbolçusunun durumunun ciddi olmadığını qeyd edib: "Rəqib bizə çətin anlar yaşatdı. Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. 224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Bu baxmdan hücumlarımızın uğurlu olduğunu deyə bilmərəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail