Canni De Byazi: "Nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik"

01.06.2021 | 4394 dəfə oxunub

“10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır. Çalışırıq bu az vaxtda maksimumu edək".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Belarus yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibi tərifləyərək FİFA reytinqində millimizi 40 pillə qabaqladığını xatırladıb: "Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməliyik. Belarus millisi gənc komandadır, yeni baş məşqçiləri var. Yeni çalışdırıcının ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu da bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyük hesabla məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır.

De Byazi heyətdə böyük dəyişiklik etməyəcəyini bildirib: "Təxminən Türkiyə ilə oyunda şans verdiyim futbolçular meydanda olacaq. Təbii ki, müəyyən istisnalar qaçımazdır. Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə burada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail