"Kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm"

12.06.2021 | 6533 dəfə oxunub

"Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycanın ən böyük klubuna gəldiyi üçün çox xoşbəxt olduğunu deyib:

"Bura gəlməmişdən əvvəl “Qarabağ” barədə məlumatım var idi. Bilirəm ki, yeni komandam mütəmadi Avropa kuboklarında çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam. “Koritiba” klubunun yetirməsiyəm. Kumirim Aleks de Souzadır. Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm".

Kadi Yuri Borqes Malinovski azarkeşlərin onu həddindən artıq isti qarşıladığını bildirib: "Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm. Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik!”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail