Mahir Emreli: "İlk dəfəyə görə yaxşı alındı"

18.06.2021 | 3921 dəfə oxunub

Polşanın “Legiya” komandasının futbolçusu Mahir Emreli Avstriya “Bişofshofen”i ilə keçirdikləri yoxlama oyunundan (5:0) sonra fikirlərini bildirib.

Stadium.Az “legia.net” saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi ilə debüt oyununda het-trik edən Emreli, işinin qol vurmaq olduğunu deyib:

“Hər şeydən əvvəl komandaya uyğunlaşmaq, komanda yoldaşlarımı tanımaq mənim üçün çox vacib idi. İlk oyunda üç qol vurdum. Bundan məmnunam, lakin bu, çox da əhəmiyyətli deyil. Əsas olan iqlimə öyrəşməyim, komanda yoldaşlarımla bir-birimizi yaxşı başa düşməyimizdir. Məncə, ilk dəfəyə görə yaxşı alındı.

Rəqibimiz güclü deyildi, lakin bizə qarşı yaxşı mübarizə apardılar, xarakter göstərdilər. Belə davam etsək, yaxşı nəticələr əldə edəcəyik.

Mən hücumçuyam, qol vurmaq mənim işimdir. Yeni komandaya qoşulmuşam. Həqiqətən, ilk oyunda het-trik etməyimdən çox məmnunam. Ancaq bundan sonrakı oyunlarda nə edəcəyim önəmlidir. Artıq oyunlara daha yaxşı köklənməliyəm.

“Legiya” topla daha çox oynamağı sevən komandadır. Altı il “Qarabağ”da 4-3-3 sistemində oynamışam. İndi bir az fərqli taktika ilə oynayırıq. Buna uyğunlaşmalı və necə oynayacağımı bilməliyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail