"FİFA-ya şikayət edərək, karyerama vurulan zərərə görə ən sərt cəzaların verilməsini tələb edəcəyəm"

28.07.2021 | 4283 dəfə oxunub

"Böyük məyusluqla qeyd etməliyəm ki, "Əl-Əyn" klubu mənə göndərdiyi məktubla transferdən imtina etdiklərini bildirib. İyunun əvvəlində "Əl-Əyn"lə iyulun 1-dən qüvvəyə minəcək razılaşma imzalamışdıq. Razılaşmaya əsasən, Əbu-Dabiyə gedib tibbi yoxlanışdan keçməli idim. Amma müqavilənin başlama vaxtının yaxınlaşmasına baxmayaraq, klub tərəfindən heç bir əlaqə saxlanılmırdı. Təmsilçilərimin müraciətləri zamanı isə "Əl-Əyn" mənim viza və tibbi baxış ilə əlaqəli məsələlərimi həll etməyi hər dəfə müxtəlif daxili problemlərə əsaslanaraq uzadırdı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"dan ayrılan millimizin üzvü Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna keçidinin alınmaması barədə "İnstaqram"dakı şəxsi hesabında yazıb.

Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəbini anlaya bilməyib: "Əgər klub fikrini dəyişibsə, bunu mənə açıqca bildirməli, qəribə bəhanələrlə vaxtı uzatmamalı idi. Yaranmış vəziyyətin nəticəsində mən mövsümöncəsi hazırlıq dövrünü keçə bilmədim, üstəlik, qısa zaman ərzində yeni komanda tapmaq məcburiyyətində idim. "Əl-Əyn"in məsuliyyətsiz davranışları ilə əlaqədar hüquqi şəxslərlə məsləhətləşdim və qanunlara əsasən aydın oldu ki, imzalanmış ilkin müqavilə hüquqi qüvvəyə malikdir. "Əl-Əyn" tibbi yoxlanışdan keçməməyi əsas gətirib, bu müqaviləni ləğv edə bilməz, çünki yoxlanışı təşkil etmək klubun öhdəliyində idi və bizim çoxsaylı müraciətlərimizə baxmayaraq, bunu həyata keçirmədilər. Ümid edirəm ki, həyatımda ilk və son dəfə belə bir vəziyyətlə qarşılaşdım".

Mustafazadə yazıb ki, "Əl-Əyn"in hərəkətləri FİFA reqlamentinə ziddir: "Ədaləti bərpa etmək üçün sona qədər haqqımı müdafiə edəcəyəm. Ən qısa zamanda FİFA-ya şikayət edərək, karyerama vurulan zərərə görə ən sərt cəzaların verilməsini tələb edəcəyəm. Yaranmış vəziyyətə aydınlıq gətirməyi özümə borc bildim və bir daha bu xoşagəlməz mövzuya qayıdılmasını istəməzdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail