Ramin Quliyev: " ...oynayıb uduzursan"

14.08.2021 | 3813 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 1-ci "Səbail"ə  0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Özümüzə gəlincə, 3 xal üçün oynadıq. Futbolçuların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur pis oynayıb qazanırsan, elə də olur yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir. 

- Komandanın istədiyiniz oyunu oynaması üçün nə qədər vaxt lazımdır?

- Yeni qoşulanlar və zədəlilər var. Xulio Sezar Rodriqes Gürcüstan toplanışında zədələnib. Oyun baxımından tam komplektləşməmişik. Getdikcə daha daha yaxşı komanda görəcəyik. Sadəcə, vaxt lazımdır. Heyətimiz yenilənib, vaxta ehtiyacımız var. Ancaq bu, məğlubiyyətə bəhanə deyil.
 
- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?

- Belə heyət yığırıqsa, deməli, qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdır.  Əsas hədəf budur. Potensialımız var, qarşıdakı turlarda daha yaxşı olacağıq.
 
- Komanda özünə gələnə qədər, məğlubiyyətlər olarsa, rəhbərliyin sizin gələcəyinizlə bağlı qərarı necə olacaq?

- Rəhbərliyin işinə qarışmıram. Tez bir zamanda bu məğlubiyyəti unudub, növbəti matçlarda qələbə qazanmaq üçün hazırlaşacağıq.
 
- Nəticə ədalətlidir?

- Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Bu, futboldur. Elə oyunlar var ki, oynayıb uduzursan. Bu da onlardan biri idi. Futbolun da gözəlliyi budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail