Sənan Qurbanov: "Bu o demək deyil ki, belə davam edəcək"

14.08.2021 | 3977 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- İkinci hissəni bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik. Hesab oyuna görə olmadı. Biz ikinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü.

- Birinci hissədə daha çox uzaq məsafədən zərbələrə üstünlük verməyiniz nə ilə bağlı idi?

- Bilirdik ki, "Sumqayıt" qapalı komandadır. Uzaq məsafədən zərbələr planda var idi.

- "Keşlə" necə qol vura bilər?

- Elə epizodlar oldu, vura bilmədik. Bəxt amili var idi. Bu o demək deyil ki, belə davam edəcək. Çalışacağıq ki, məşqlərdə bunların üzərində işləyək.

- Amil Yunanovu çox gec meydana buraxmağınız nə ilə bağlı idi?

- Artıq uduzurduq, müdafiəçini çıxarıb, hücumçu buraxdıq. Ona qədər oyun planında axsaqlıq yox idi. Oyuna nəzarət bizdə olsa da, sonda əlavə hücumçuya ehtiyac var idi. Amilin potensialına inanırıq. Gələcəkdə daha çox şans qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail