"Bakı"ya Mirça Rednik gəlir?

13.03.2012 | 4968 dəfə oxunub

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov komandanın baş məşqçisi postu üçün mətbuatda yer alan məlumatlara münasibət bildirib. Bu barədə Stadium.az-a açıqlama verən Məmmədov hazırda heç kimlə maraqlanmadıqlarını bildirib:

“Bundan əvvəlki açıqlamalarımda da bildirdiyim kimi, hazırda mətbuatda adları çəkilən baş məşqçilərlə maraqlanmırıq. Ümmumiyyətcə, hazırda heç bir mütəxəssislə danışıq aparmırıq”.

Vitse-prezident Yunis Hüseynovla maraqlanıb-maraqlanmadıqları ilə bağlı suala bu cür cavab verib: “Xeyr, belə bir addımımız olmayıb. Mövsümün sonuna qədər komandaya Novruz Əzimov rəhbərlik edəcək. Hazırda məşqçi axtarışında deyilik”.

Mətbuatda “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin "Bakı"ya keçəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Bu barədə verilmiş sualın üzərindən ötəri keçən Zeynal Məmmədov bunları dilə gətirib: “Nə yerli, nə də əcnəbi, qısacası, heç kimlə danışıqlar aparmırıq. Mövsümün sonunda komandaya kimin baş məşqçi təyin ediləcəyinə qərar verəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail