“Qəbələ”nin 75-ci səfər qələbəsi

14.09.2021 | 4598 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunun “Sabah”la oyunu “Qəbələ” üçün yubileylə əlamətdar olub. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb.

Bu, 2006-cı ildən Premyer Liqada çıxış edən komandanın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan “qırmızı-qaralar” 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır.

Premyer Liqada əlamətdar səfər qələbələri

1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) – 0:1
25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1
50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1
75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” – 0:2

75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. “Qırmızı-qaralar” 2015/16 və 2016/17 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail