"Neftçi"dən Qəbələdəki hadisələrlə bağlı bəyanat

13.03.2012 | 6250 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilmiş "Qəbələ" - "Neftçi" oyununda baş vermiş hadisələrə "Neftçi" klubu münasibət bildirib. Stadium.az xəbər verir ki, bununla bağlı paytaxt klubu rəsmi bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

“Oyunun birinci hissəsində qəbələli azarkeşlər meydançaya kənar əşyalar atsa da polis bu vəziyyətə müdaxilə etmədi. Buna baxmayaraq oyun ərzində hər iki komandanın futbolçuları və azarkeşləri arasında heç bir insident yaşanmadı. Təəssüf ki, oyunun sonuna yaxın polislər birtərəfli mövqe tutaraq və güc tətbiq edərək "Neftçi" azarkeşlərini tribunalardan çıxarmağa başladılar. Nəticədə 10-a yaxın azarkeş xəsarət alaraq xəstəxanaya aparıldı. Klub rəsmiləri xəstəxanada oldular və xəsarət almış azarkeşlərə tibbi yardım göstərildi. Hadisəyə dərhal reaksiya verən Qəbələ şəhər icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev xəstəxanaya gələrək vəziyyətlə tanış oldu. Azarkeşlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar Bakıya yola salındı. Futbolsevərlərdən birinin vəziyyəti yolda pisləşdiyindən əvvəlcə Hacıqabul, daha sonra Şirvan şəhər xəstəxanasında yerləşdirildi.
 
Azərbaycanın ən köklü klubu "Neftçi" PFK olaraq azarkeşlərə qarşı bu münasibəti qəti şəkildə pisləyir və müvafiq qurumların tədbir görməsini istəyirik. Artıq klubumuz tərəfindən Peşəkar futbol liqasına rəsmi müraciət ünvanlanıb. İnanırıq ki, oxşar hallar bir daha baş verməyəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail