Qurban Qurbanov: "Futbolçularım böyük bir zəfər qazandı"

05.11.2021 | 3452 dəfə oxunub

“Əvvəlcə futbolçularımızı təbrik edirəm. Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda yaxşı mübarizə getdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində səfərdə “Kayrat”a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Qazaxıstan klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: “Dünən də qeyd etmişdim ki, daha yaxşı oynamalıyıq. Qələbə həddindən artıq vacib idi. Hava şəraitinə, meydançanın durumuna baxmayaraq, futbolçularım çətinliyə dözdü. Biz bu oyunda da müdafiədən oynamadıq. Çalışdıq ki, rəqib üzərində təzyiqi saxlayaq. Bəzi epizodları çıxmaq şərti ilə oyunumuzdan razıyam. Düşünürəm ki, futbolçularım böyük bir zəfər qazandı. “Kayrat”a da uğurlar arzulayıram”.

Qurbanov çempionatda daha çox Emil Balayevin, avrokubok oyunlarında isə Şahruddin Məhəmmədəliyevin oynamasına da aydınlıq gətirib: "Biz hər iki qapıçıya güvənirik. Sadəcə, Şahruddin meydanda olduğu matçlarda daha yaxşı oynamağa başladı, onunla davam etdik. Amma çempionat oyunlarının çoxunda qapıda Emil Balayev durur. Hər iki qapıçıya güvənirəm. Deməzdim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Hər iki qapıçının daim oyun təcrübəsini qoruyub saxlamasına şərait yaradırıq.

Baş məşqçi "Bu gün Abdullah Zubirin ən yaxşı halda 45 dəqiqə oynayacağı ehtimal edilirdi, zədəli olduğu deyilirdi. Halbuki Zubir 90 dəqiqə meydanda oldu, qol da vurdu Bu, məşqçi hiyləgərliyi idi?" sualını belə cavablandırıb: 

"Heç vaxt yalan danışmamışıq, hiyləgərliklər də etməmişik. Sadəcə, “Neftçi” ilə matçın sonuna 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Açıqlama da həmin görüşün sabahı olmuşdu. Həmən fikrimizi bildirə bilməmişdik ki, nə qədər oynaya bilər və ya iştirakı sual atındadır. Buna görə ehtiyatlanırdıq. Bəzən düşünmədiyin zədələr olur. “Neftçi” ilə matçdan sonra Zubirdə kiçik problem var idi. Amma iki gün sonra özünə gəldi. Ola bilər ki, yorğunluqdan irəli gəlirdi. Çox ağır oyun olmuşdu".

Qurbanov bu oyunda zədələnən Kadi Borgesin durumundan da danışıb: “Durumu elə də pis deyil. Bir az başı gicəllənir. Çünki başından güclü zərbə alıb. Amma çox da ciddi problem olacağını düşünmürəm”.
 
O, bütün görüşlərə eyni istək və düşüncə ilə çıxdıqlarını əlavə edib: "Bu gün rəqibi daha çox təzyiq altında saxlamağa çalışdıq. Futbolçularım ancaq bu cür böyüyə bilər. Bunu onlardan tələb edirəm. Müasir futbolda bu amil çox önəmlidir.
 
Komandam bu gün məğlub da olsaydı, belə xarakter göstərsəydi, onlardan razı qalacaqdım. İlk hissədə bizim də çoxlu qol şanslarımız oldu, rəqibin də. Bu da futbolun gözəlliklərindən biridir. Təbii ki, qapımız qarşısında yaradılan qol epizodlarına görə yalnız müdafiəçiləri qınamaq doğru olmaz. Burada rəqib futbolçuların ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. Məsələn, “Kayrat”ın heyətində Vaqner Lav, Xose Kante kimi usta oyunçular var. 90 dəqiqə ərzində futbolçunun bir-iki epizodda rəqib oyunçunu “itirməsi”ni başa düşmək olar. Amma bütövlükdə matçın hər iki hissəsindən razı qaldım”.
 
Qurbanov "Qarabağ"ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasında finaladək irəliləyə biləcəyinə dair fikirlərinə də münasibət bildirib: "Klub prezidenti demişdi ki, "Qarabağ"ın finaladək getməsini çox istəyir. Bu gün də komandasına inanır. Qrupun ilk oyununda bildirmişdim ki, hər bir komanda növbəti mərhələyə çıxa bilər. Bizim uğurlarımız davam edir. Daha yaxşı nəticələr qazanmaq üçün gücümüz və istəyimiz var. İstənilən rəqibə qarşı oynamağa hazırıq".
 
“Qarabağ”ın baş məşqçisi bu görüşün keçirdildiyi "Ortalık" stadionunun ot örtüyü barədə də danışıb: "Bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Amma get-gedə futbolçular şəraitə uyğunlaşdılar. Ot örtüyü çox yaxşı idi".
 
Baş məşqçi soyuq havaya baxmayaraq, stadiona toplaşan azarkeşlərə təşəkkür edib: "Matçın sonlarında da bizi alqışladılar. Burada olmaq çox xoş oldu. Biz qardaş xalqıq. Bunu oyun zamanı da hiss etdik. Bizə qarşı isti münasibət göstərdilər. Mən komandamın topa daha çox sahib olmasını xoşlayıram. "Barselona"nın azarkeşiyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail