"Böyük Dəbilqə": Cüdoçumuz "gümüş"lə kifayətləndi

07.11.2021 | 3437 dəfə oxunub

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində final görüşünə çıxıb.

Stadium.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa mükafatçımız yaponiyalı Kosuke Maşiyama ilə qarşılaşıb. Duel rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə, 28 yaşlı idmançımız gümüş medalla kifayətlənməli olub. Qeyd edək ki, bu gün millimizin digər üzvləri Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

***

15:18 Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin son günündə 9 kişi cüdoçumuz mübarizəyə qoşulub. Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ardıcıl Con Ceyn (ABŞ) və Qoki Tajimanı (Yaponiya) məğlub edərək yarımfinala yüksəlib Burada gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələn ikiqat Avropa mükafatçımız rəqibini "vaza-ari" xalı ilə üstələyək finala vəsiqə qazanıb. 28 yaşlı idmançımızın həlledici qarşılaşmadakı rəqibi Yaponiyanın digər təmsilçisi Kosuke Maşiyama olacaq. Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar. Kərimli Onise Saneblidze (Gürcüstan), Kokauri Sven Haynle (Almaniya) ilə münasibətləri aydınlaşdıracaq. Ruslan Nəsirli, Kənan Abdullaxanlı (hər ikisi 100 kq), Hüseyn Məmmədov, Camal Feyziyev (hər ikisi +100 kq) ilk, Rüfət İsmayılov ilə Vüqar Talıbov (hər ikisi 90 kq) isə təsəlliverici mərhələdə mübarizəni dayandırıblar. Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

***

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq. Fanat.Az xəbər verir ki, son yarış günündə kişilərin 90, 100, +100 kq, qadınların 78 və +78 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşəcək. Azərbaycanın son 9 təmsilçisi də bu gün tatami üzərinə çıxacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək. Final seansı 17:00-da başlayacaq.

Əvvəlki iki gündə mübarizə aparan cüdoçularımızdan Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Munxtsedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar. Kişilər 90 kq 1/8 final. Məmmədəli Mehdiyev - Tengiz Batsayxan (Monqolustan) / Con Ceyn (ABŞ) cütünün qalibi 1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya) 1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya) 100 kq 1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada) 1/8 final. Kənan Abdullaxanlı - Onise Saneblidze (Gürcüstan) 1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) +100 kq 1/8 final. Hüseyn Məmmədov - Tiaqo Palmini (Braziliya) 1/4 final. Uşanqi Kokauri - Camal Feyziyev (Azərbaycan) / Tatsuru Saito (Yaponiya) cütünün qalibi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail