Canni De Byazi: "Nə baş verəcəyini bilmirəm" - MÜSAHİBƏ

15.11.2021 | 4225 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qətərlə Bakıda keçirilən yoldaşlıq görüşündən (2:2) sonra mətbuat konfransında oyun haqda danışıb:

- Bu gün də qələbə qazana bilmədik. Yaxşı oyun göstərdik. Əsasən də ilk qolu buraxandan sonra yaxşı çıxış etdik. İkinci hissəyə də uğurlu başladıq, qol imkanlarımız oldu. Bundan da yaxşı nəticəyə layiq idik. Asan imkanları dəyərləndirə bilmiriksə, udmaq çətin olur. Ümumilikdə oyundan razıyam. Bundan da artıq inkişaf etmək imkanımız var.

- Bugünkü oyundan nə gözləyirdiniz?

- Oyun çox da önəmli deyildi. Nəzərə alaq ki, yoldaşlıq görüşü idi, xal vermirdi. Amma komandamız üçün yaxşı test idi. Təəssüf ki, ilk səhvimiz baha başa gəldi. Əvəzində uğurlu reaksiya göstərdik, önə keçdik. Hətta 2:2 hesabında da şansımız oldu, uda bilərdik. Bəzən belə olur.

- Müqavilə müddətiniz başa çatmaq üzrədir və qərarı AFFA İcraiyyə Komitəsi verəcək. Siz özünüz məşqçi karyeranızı davam etdirmək istəyirsiniz?

- Adətən hər şeyin sonuna kimi çatmağa öyrəşmişəm. İdeyalarım var, nə etmək istədiyimi bilirəm. AFFA qərar verəcək, nə baş verəcəyini bilmirəm. Mən olsam da, olmasam da sistemli şəkildə iş davam etməlidir. İtaliya bunu etmişdi, uğurlu olmuşdu.

- Berti Foqts millimizdən getdikdən sonra demişdi ki, Azərbaycan futbol yox, şahmat ölkəsidir. Siz buradan ayrılsanız, ölkənizdə Azərbaycanla bağlı hansı sözləri deyəcəksiniz?

- Görürəm ki, sizə çox maraqlıdır. Əgər ayrılsam, quqldan baxıb, nə danışdığımı görərsiniz.

- Qarşıdakı dönəmlə bağlı azarkeşlərə müsbət notda nələr deyə bilərsiniz?

- Azarkeşlərə ilk növbədə sözüm odur ki, onları müsbət nəticələrlə sevindirə bilmədik, heyfsilənirəm. Onların məyusluğunu başa düşürəm. Bundan artığına layiqdirlər. Amma komandanın bazası var. Bu gün Cəlal Hüseynov yığmada debüt etdi, gələcəkdə bizə yaxşı kömək edəcək. Bəhlul Mustafazadənin gələcəyi var. Qara Qarayev bu gün yaxşı oynadı, Emin Mahmudov fantastik səviyyədədir. İlk hissədə hücumdan razı qalmadım, ona görə fasilədən sonra dəyişikliklər etdim. Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov, Rüstəm Əhmədzadə kimi gənclərimiz var. Komandanın yaşlıları gənclərə dəstək olmalıdır, kömək etməlidirlər. Oyundan sonra uşaqlara təşəkkürümü bildirdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail