Samir Abbasov: "Söyləmək nə qədər ağır olsa da..."

28.11.2021 | 1458 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında oyun haqda danışıb:

- Söyləmək nə qədər ağır olsa da, nəhayət ki, qələbə qazandıq. Eyni heyətlə ardıcıl matçlara çıxa bilmirik. Bu da itkilərlə əlaqədardır. Buna baxmayaraq, bütün futbolçulardan razıyam. Ümumiyyətlə, kiminsə üstünə günah atıb, öz yaxamızı kənara çəkmək fikrində deyiləm. Komanda daxilindəki situasiyaya bəhanə tapmaq istəmirəm. Gənc oyunçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Bunu mən də, məndən də yaxşı futbolçular edib. Kimlərisə sıxmaqdansa, bəlkə də, onları anlamaq lazımdır. İstəyirəm ki, məndən başqa heç kim futbolçularıma söz deməsin. Müsbət tərəf odur ki, futbolçu nəticə çıxarsın. Məşqçiyə təzyiq var, söyürlər. Hərdən əsəbləşirik, burda deyirik. Bəlkə budur günahımız.

- “Səbail” üzərində qələbə sizin istefanızla bağlı söz-söhbətə son qoyacaqmı?

- Soruşun ki, məni nə qədər narahat edir. Heç vecimə də deyil. Göndərəcəklərsə, normal haldır. Bir ay sonra hansısa klubda baş məşqçi gedən kimi, adım həmin posta namizəd yazılacaq. Şayiələr çıxaranlar və buna uyanlar var.

- Postunuzda qalaraq, yenidən çempion olmaq və ötənilki çempionluğun təsadüfi olmadığnı sübut etmək istəyirsiniz?

- Bir oyunda təsadüfi qələbə ola bilər. Amma mövsümboyu çıxışdan sonra çempion olmaq təsadüfi deyil. Rəqiblərin zəif olması məni maraqlandırmır. Fakt budur ki, qalib gəldiyimiz matçlarda güclü olmuşuq.

- Azarkeşin komandadan küsməsi sizcə, düzdür?

- Bu barədə nəsə desəm, yenə yanlış anlaşıla bilər, hələ ki, sakitlikdir. Bu, ümumi Azərbaycan futbolunun problemidir. Hamımız yaxşı günün dostlarıyıq. Bunun azarkeşlərə aidiyyəti yoxdur. Qələbə qazanmalıyıq ki, azarkeşləri yenidən stadionlara qaytaraq.

- Harramiz Soareşə şans verməməyinizin səbəbi nədir?

- Harramiz sırf azərbaycanlı futbolçu ilə bağlı limitə görə oynaya bilmir. Buna da bir çarə də tapmırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2022

02:33  PSJ - "Reyms" - 4:0 VİDEO

02:07  "Real" - "Elçe" - 2:2 VİDEO

23.01.2022

21.01.2022

11:15  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.01.2022

15.01.2022

11:04  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.01.2022

15:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.01.2022

08.01.2022

11:33  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.01.2022

02.01.2022

11:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.12.2021

29.12.2021

13:23  Toral Bayramovun toyu oldu - FOTOLAR

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.12.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail