UEFA "Qarabağ"ın futbolçusunu fərqləndirdi

07.12.2021 | 1721 dəfə oxunub

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib. Stadium.Az yarışın rəsmi tviter səhifəsinə istinadən məlumatına görə, onların arasında "Qarabağ"ın hücumçusu İbrahima Vadji də var.

"Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib" sualı ünvanlandığı postda 26 yaşlı hücumçu ilə yanaşı, Niderlandın AZ klubundan Yesper Karlsson, "Feyenoord"dan Brayan Linssen və Fransa "Renn"indən Marten Terye də yer alıb.

İbrahima Vadji "Qarabağ"ın "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının XIII tur oyununda dubl edib. Karlsson və Linssen də seneqallı oyunçu kimi iki qol vurub, Terye isə het-trik müəllifi olub.

"Qarabağ" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.01.2022

21.01.2022

11:15  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.01.2022

15.01.2022

11:04  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.01.2022

15:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.01.2022

08.01.2022

11:33  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.01.2022

02.01.2022

11:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.12.2021

29.12.2021

13:23  Toral Bayramovun toyu oldu - FOTOLAR

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.12.2021

25.12.2021

23.12.2021

02:56  "Empoli" - "Milan" - 2:4 VİDEO
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail