Muarrem Muarrem: "Türk olduğuma görə dili başa düşürəm"

15.03.2012 | 12384 dəfə oxunub

“Qarabağ” ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ”ylə qarşılaş;b. Stadium.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan görüşdə ağdamlıların yeni transferi Muarem Muarem əla zərbəylə görüşün yekun nəticəsini müəyyənləşdirən futbolçu olub.

“Qarabağ”da qol hesabını açan Makedoniya millisinin yarımmüdafiəçisi klubun saytına təəssüratlarını bölüşüb: “Kubok mücadiləsində səfərdə qol vurmaq çox vacibdi. Oyuna heç də pis başlamadıq. Amma oyunun gedişində 2 dəfə geriyə düşdük. Son dəqiqələrdə vurduğumuz qol bizi cavab görüşünə bir qədər rahat getməyimizə şərait yaratdı. Amma bu, o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. “Qəbələ”nin olduqca sürətli hücum xətti var. Ona görə də sadəcə ilk hissə başa çatıb. Hələ cavab oyunu var. Mənim qol vurmağıma gəlincə, əslində demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borcluydum. Amma indi daha çətin məqamda qol vura bildim. Əsas mənim qol vurmağım deyil, komandanın uğur qazanmasıdı.

Təbii ki, qol vurmaq özünə əminlik gətirir. Hər 2 cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Adaptasiya ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi. Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi  titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail