Tuyqun Nadirov: "Cüneyt Biçer özü baş məşqçi vəzifəsindən getmək istədi"

15.03.2012 | 6622 dəfə oxunub

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Cüneyt Biçerin istefasına və Yunis Hüseynovun təyinatına aydınlıq gətirib. Məsələ ilə bağlı Stadium.az-a açıqlama verən Nadirov bunları söyləyib:

"Cüneyt Biçerin istefasını bir oyunla əlaqələndirmək düzgün deyil. Yəni, bu qərarı sırf "İnter"lə oyundakı məğlubiyyətə şamil etmək olmaz. Doğrudur, "İnter"lə qarşılaşma zamanı azarkeşlər Biçeri istefaya səsləyirdilər. Lakin bu istefanın səbəbi "İnter"lə oyundakı məğlubiyyət deyil. Cüneyt Biçer özü "Qarabağ"la oyundan sonra rəhbərliyə vəzifədən getmək istədiyini bildirmişdi. Biz isə komandadanın qarşıda "İnter"lə oyununun olduğunu nəzərə alaraq futbolçuların mənfi mənada təsir almaması üçün bunu qarşılaşmadan sonra açıqlamağı düzgün hesab etdik".

Tuyqun Nadirov Yunis Hüseynovun təyinatı ilə bağlı danışarkən bildirib ki, təcrübəli mütəxəssislə yanaşı bir neçə namizəd də klub rəhbərliyinin gündəmində olub: "Cüneyt Biçerin "Qarabağ"la oyundan sonra vəzifədən getmək istədiyini rəhbərliyə bildirməsi bizim məşqçi axtarışına başlamağımıza səbəb oldu. O, əvvəlki vəzifəsinə – klubun idman direktorluğuna qayıtmaq istədiyini bizə bildirdi. Buna görə də qısa zamanda yeni mütəxəssislə razılaşıb, komandaya rəhbər təyin etməli idik. Gündəmimizdə bir neçə məşqçi var idi. Bunların hamısı yerli mütəxəssislər idi. Danışıqların sonunda Yunis Hüseynovla razılaşdıq və müqavilə imzalandı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail