Azərbaycan Premyer Liqasında 10-cu istefa

15.03.2012 | 5815 dəfə oxunub

Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası baş verib. Stadium.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçər bu mövsüm vəzifəsindən gedən 10-cu mütəxəssis olub.

"Xəzər Lənkəran"a isə bir mövsümdə artıq üçüncü baş məşqçi rəhbərlik edəcək. Mövsümə rumıniyalı Mirça Redniklə başlaymış Lənkəran komandası daha sonra Cüneyt Biçərə həvalə edilmişdi. İndi isə komandaya Yunis Hüseynov baş məşqçi təyin olunub.

"Xəzər Lənkəran"la yanaşı, bu mövsüm "Rəvan", AZAL, "Kəpəz", "Qəbələ", "Simurq" və "Bakı"da da baş məşqçi istefası gerçəkləşib. "Rəvan"da Bəhmən Həsənovun istefasından sonra Vladislav Qədirov komandaya başçılıq edib, lakin daha sonra Həsənov yenidən vəsifəsinə qayıdıb.

"Kəpəz"də də iki dəfə baş məşqçi dəyişikliyi olub. Gəncə klubu mövsümə Mehman Allahvediyevlə başlayıb. Daha sonra onu Mirbağır İsayevlə əvəzləyib. İsayevindən sonra isə Fuad İsmayılov baş məşqçi təyin olunub.

 
Klub
Gedən məşqçi
Gələn məşqçi
1
Rəvan
Bəhmən Həsənov
Vladislav Qədirov
2
AZAL
Elxan Abdullayev
Rafiq Mirzəyev
3
Kəpəz
Mehman Allahverdiyev
Mirbağır İsayev
4
Qəbələ
Toni Adams
Fatih Kavlak
5
Xəzər L.
Mirça Rednik
Cüneyt Biçər
6
Kəpəz
Mirbağır İsayev
Fuad İsmayılov
7
Rəvan
Vladislav Qədirov
Bəhmən Həsənov
8
Simurq
Sergey Yuran
Georgi Çixradze
9
Bakı
Aleksandr Starkov
Novruz Əzimov (müvəqqəti)
10
Xəzər L.
Cüneyt Biçər
Yunis Hüseynov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail