Samir Abbasov: "Bizim çempionatda heç bir komandada Tiaqo kimi hücumçu yoxdur""

06.03.2022 | 3128 dəfə oxunub

“Bu gün nələr çəkdik, bir Allah bilir. Oyunun sonu yaxınlaşdıqca həm bizdə, həm də futbolçularda həyəcan hiss olunurdu. Sevindirici haldır ki, sonda qollar vurub qələbə qazandıq. Oyun ərzində nəzarəti əldə saxlamaq o qədər də önəmli deyil. Vacib məqam təşvişə düşməmək, təmkinli olmaqdır. Bu gün də futbolçular bunu göstərdi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Eddi İsrafilov bütün oyunlarda iştirak edir. Amma onları ayırmaq istəməzdim. Başa düşürəm ki, uyğunlaşma dönəmindədirlər. Amma məşqdə göstərdikləri və oynamaq istəmələri məni qane edir. Kimsə assist edə, qol vura bilər. Amma bu, mənim üçün çox da önəmli deyil" - deyə o bildirib.

Abasov Ramon Maçadonun sonradan, Tiaqo Bezerranın ilk dəqiqələrdən meydana çıxması ilə bağlı söyləyib: "3-4 oyundan əvvəlki konfransda deyilirdi ki, Maçado "Neftçi"yə uyğun futbolçu deyil. Bizim üstümüzə çökəndə səbr etmək olmazdı? İndi Tiaqo əsas heyətdə oynadısa, yenə məşqçi pis oldu? Biz də istəyirik ki, hamısı formada olsun. Komandada balansı qorumaq çox önəmlidir. Əvvəlki matçlarda nə etməyin önəmli deyil. Bu gün Maçado oynamasaydı belə, bunu anlayışla qəbul edəcəkdi. Hərdən bəzi oyunçulara görə sistemi dəyişirsən ki, paslanmasınlar. Sistemi Azər Əliyev, Tiaqo Bezerra, Gilyerme Patoya görə dəyişdik ki, formadan düşməsinlər. Bizim çempionatda heç bir komandada Tiaqo kimi hücumçu yoxdur".

"Neftçi"nin baş məşqçisi "Qarabağ" - "Qəbələ" matçının hansı nəticə ilə bitməsini istədiyi haqda sualı belə cavablandırıb: "Hansı nəticə olursa-olsun, bizə öz oyunlarımız önəmlidir. Ən vacibi ilk "dördlük"də olan komandalarla duellərdə stress yaşamamaqdır. Sabah istənilən nəticəyə görə qazanan biz olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail