"Hamı özünü göstərmək istəyir"

16.03.2012 | 6235 dəfə oxunub

“İnter”in bolqar hücumçusu Enyo Krastovçev “Xəzər Lənkəran” matçı barədə təəssüratlarını bölüşüb, “İnter”in kubok turnirində qələbə qazanmaq şansından danışıb və “Neftçi” ilə keçiriləcək matç barədə fikirlərini açıqlayıb. Stadium.az həmin müsahibəni təqdim edir.

 
- "Xəzər Lənkəran"la keçirilən oyun barədə nə deyə bilərsən?
- Oyun çox çətin alındı. Əminəm ki, bu qarşılaşma heç kimi biganə qoymadı. Belə oyunlar az olur və həmişə mövsümün bəzəyinə çevrilir. Çox xoşdu ki, bizə qalib gəlmək müəssər oldu. Lakin cütün taleyi cavab matçında həll olunacaq.
 
- Zədə üzündən uzun müddət meydandan kənar qalmışdın və yəqin meydana qayıdışını qolla qeyd etmək xoşdu?
- Bəli, zədə müəyyən müddət meydana çıxmağa imkan vermədi, ancaq indi hər şey qaydasındadı. Xoşdu ki, komanda belə vacib qələbə qazandı və xüsusilə xoşdur ki, komandanın uğurunda mənim də töhvəm oldu.
 
- “İnter”in kubok turnirində uğur qazanmaq şansını necə qiymətləndirirsən?
- Bilirsiniz, bu barədə danışmaq hələlik tezdi. Bu mərhələdə bizə növbəti mərhələyə keçmək lazımdır, bundan sonra final və turnirdə qələbə haqqında düşünmək olar. Deyim ki, turnirin bütün komandaları yalnız qələbəyə kökləniblər, hamı özünü göstərmək istəyir.
 
- Bu bazar komandanı “Neftçi” ilə qarşılaşma gözləyir. Qarşıdakı oyun barədə nə düşünürsən?
- Bizi çox çətin oyun gözləyir. İnşallah, qələbə qazanarıq və turnir cədvəlində birinci yerə yüksələrik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail