Cüneyt Biçerin istefasının iç üzü

16.03.2012 | 10307 dəfə oxunub

Türkiyəli mütəxəssis Cüneyt Biçerin "Xəzər Lənkəran"ın baş məşqçi postundan getməsinin əsl səbəbi müəyyənləşib. Stadium.az-ın əldə etdiyi məlumata görə, Biçerin postundan getmək istəməsinin əsas səbəbkarı seleksiyaçı məşqçi Zaur Ramazanovla komandanın qapıçısı Kamran Ağayev olub.

Məsələ burasındadır ki, Kamran Ağayevlə Zaur Ramazanov yaxın dostdurlar. Kamran Ağayevin son 3 oyunda meydana çıxmaması isə deyildiyi kimi, səhhətində olan problemlərlə əlaqədar deyil. Belə ki, Ağayev və Ramazanov komandada bir sıra futbolçuları öz tərəflərinə çəkiblər və komandanın uğursuz çıxışını təmin ediblər. Belə olan halda, komanda daxilində elə ab-hava yaranıb ki, futbolçular Biçerin getməsi üçün mübarizə aparmaqdan boyun qaçırıblar. Cüneyt Biçer isə bunun fərqinə varıb və rəhbərliyə postundan getmək istədiyini bildirib, çünki o, bu vəziyyətdə işləməyin mümkün olmadığını görüb.

Klubun meneceri vəzifəsində də çalışan Zaur Ramazanov həm də Yunis Hüseynovla çox yaxın dostdur. Maraqlı məqam da ondan ibarətdir ki, Ramazanovun klub prezidenti Mais Mənsimovla da münasibəti yaxşıdır. Yunis Hüseynovun komandaya gətirilməsini də məhz Ramazanov təmin edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail