Rendal "Xəzər Lənkəran"ın 71-cisi oldu

16.03.2012 | 4832 dəfə oxunub

Kosta-rikalı futbolçu Rendall Brenes “Xəzər Lənkəran”da qol hesabını açıb. Stadium.az xəbər verir ki, yeni klubunda ilk qolunu Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter”lə ilk oyununda vuran hücumçu klub tarixində 71-ci qolçu olub. Bu matçadək 70 futbolçu fərqlənmişdi ki, onların 44-ü milliləşənlər də daxil olmaqla legioner, 26-sı isə yerli futbolçu idi. Rendall bu siyahıya 45-ci əcnəbi və 2-ci kosta-rikalı kimi düşüb.

Həm Rendall, həm də Elnur Abdullayev ilk dəfə ölkə kubokunda “Xəzər Lənkəran” üçün qol sevinci yaşayıb. Bu matçadək 39 oyunçu kubok matçlarında bunu bacarmışdı. Bu siyahıya Elnur 40-cı, Rendall isə 41-ci kimi düşüb. Bu 41 oyunçudan 17-si yerli, 24-ü əcnəbidir.

Rendalldan başqa, həmçinin Kamal Bayramov, Rikardo Qomeş, Roberto Alviz, Stevan Bates də ilk dəfə Azərbaycan kuboku matçına “Xəzər Lənkəran” formasında çıxıblar. Bununla da kubokda klub formasını geyənlərin ümumi sayı 121-ə çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail