"Xəzər Lənkəran"ın "Bakı" ilə 28-ci dueli

16.03.2012 | 5288 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXIV turunda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” tarixində 28-ci dəfə bu rəqiblə üz-üzə gələcək.

Stadium.az xəbər verir ki, indiyədək tərəflər hərəyə 8 qələbə qazanıb və 11 dəfə bərabərliklə ayrılıblar.

Top fərqində isə "Xəzər Lənkəran" böyük üstünlüyə malikdir – 29:21. Fərqin belə böyük olması “Xəzər Lənkəran”ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə udması ilə bağlıdır.
 
Çempionatda 21-ci dəfə üz-üzə gələcək rəqiblərin əvvəlki 20 matçında da cənub təmsilçisi rəqibini üstələyib. Qarşılaşmaların yarısı heç-heçə bitsə də "Xəzər Ləkənran" 6 dəfə qalib gəlməklə daha üstün olub. Bakılılar isə cəmi 4 dəfə seviniblər. Top fərqi isə 22:13-dür.
 
Lənkəran təmsilçisinin son oyunlardakı üstünlüyü daha böyükdür. “Xəzər Lənkəran” son 3 matçdan 2-də qalib gəlib və 1-də heç-heçə edib. Lənkərandakı son 3 oyunda isə qonaqlar nə qol, nə də xal görüb. Bu matçlarda hesab artan templə dəyişib – 1:0, 2:0, 3:0. Sırf çempionat oyunlarında isə “Bakı” 6 qarşılaşmadır ki, qələbə həsrətindədir. "Xəzər Lənkəran" bu müddətdə 2 qələbə qazanıb və 4 heç-heçə edib.
 
Qeyd edək ki, “Bakı” ilə görüş Yunis Hüseynovun baş məşqçi postunda debüt oyunu olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail