Kamran Ağayev: "Biz məşqçilərin işinə qarışmırıq"

19.03.2012 | 5081 dəfə oxunub

“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 24-cü turunun “Bakı” ilə oyunu öncəsi müsahibə verib.

- Yeni baş məşqçinin rəhbərliyi altında hazırlıqlar necə gedir?
- Komandada yeni əhval-ruhiyyə var. Hamı bilir ki, yeni baş məşqçi gələndə hər futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır. Yunis Hüseynov kifayət qədər təcrübəli mütəxəssisdi. Fikrimcə, onun bu təcrübəsi və zəngin karyerası “Xəzər Lənkəran”a uğur gətirəcək. Biz futbolçular da ona kömək etməyə hazırıq.
 
- Cüneyt Biçərin gedişindən sonra nəsə dəyişməyib ki?
- Hər bir məşqçinin postundan getməsi mümkündü. Mətbuatda yazırlar ki, bizim baş məşqçiylə problemimiz var imiş. Amma bütün bunlar düz deyil. Bizdə heç vaxt belə bir şey olmayıb. Sadəcə, bəzi matçlardan sonra dəyişiklik oldu. Bizim işimiz meydana çıxıb, oynamaqdı.
 
- Bəs Biçərlə aranızda problemlər olduğuna dair söhbətlərin yayılmasına nə səbəb ola bilər ki?
- Nə deyirlərsə, heç biri düz deyil. Özü də Biçər “Xəzər Lənkəran”ı tərk etməyib. O, klubdakı işini davam etdirir. Sadəcə, başqa posta keçib. Biz məşqçilərin işinə qarışmırıq. Bizə deyirlər ki, çıxın oynayın. Biz də buna əməl edirik. Odu ki, bütün bunlar hamısı boş-boş sözlərdi. Hər şeyə klub rəhbərliyi qərar verir.
 
- Qarşıda sizi “Bakı” ilə oyun gözləyir. Oynaya biləcəksiz?
- Bu, oyuna bir neçə saat qalmış dəqiqləşəcək. 12 gündü məşq edirəm. Əlbəttə, hələ tam özümə gəlməmişəm. Amma baş məşqçi desə ki, çıx oyna, buna hazıram. Özüm də oynamaq istəyirəm. Son oyunlarda xallar itirmişik. Odu ki, bu dəfə qələbə qazanmalıyıq. “Bakı” üzərində qələbə atmosferi daha da yaxşılaşdıra bilər.
 
- Sizcə, “Bakı”nı məğlub etmək mümkün olacaq?
- Əgər meydana çıxsam, bunun üçün əlimdən gələni edəcəm. Biz “Bakı”nın sirrlərini bilirik. Rəqibi də yaxşı tanıyırıq. Əgər bizi gecə yarı da oyadıb desələr ki, oynamaq lazımdı, mən hazıram. “Bakı”nın əla heyəti var. Amma onlar Lənkəranda oynayacaqlar. Biz də evdə ancaq qələbə haqda düşünürük.
 
- Razısız ki, “Xəzər Lənkəran”ın çempionluq şansları azdı?
- Xeyr. Çempionatda mübarizə yenicə başlayır. Hələ kimin necə oynayacağı bəlli deyil. Qarşıda hazırkı liderlərə qarşı oyunlarımız var. Həm çempionatda, həm də kubokda mübarizəmizi sona kimi davam etdirmək istəyirik. Altılıq mərhələsində bütün komandaların şansları var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail