Sergey Yuran "Simurq"un "İnter"in ikinci komandası olduğunu təsdiqlədi

19.03.2012 | 5912 dəfə oxunub

Zaqatalanın "Simurq" klubundan ayrılan rusiyalı mütəxəssis Sergey Yuran müsahibə verib. Müsahibədə Yuran klubu tərk etməsinin səbəbləri barədə danışıb.

- “Simurq”dan getməyinizin səbəbi nə oldu?

- Komandanın perspektivi olmadığı üçün oradan ayrıldım. Bir klubun qarşısına məqsəd qoyulmayıbsa, orada işləməyin mənası da yoxdur. Belə klub mənə uyğun deyil. Mənə demişdilər ki, biz qarşımıza böyük məqsədlər qoymuşuq, komandanın büdcəsi artılacaq və s. Amma zaman bütün bu vədlərin yalnız boş sözdən ibarət olduğunu göstərdi.

- Hər halda, siz özünüz komandanı  tərk etmək qərarına gəldiniz, yoxsa klub rəhbərliyi belə məsləhət bildi?

- Bu qərar mənə məxsudur. Onlara bildirdim ki, əgər komandanın məqsədi olmasa, büdcə artırılmasa, klubu tərk edəcəyəm. Çünki belə vəziyyətdə işləyə bilmirəm. Dedim ki, gələn il üçün “Simurq”un qarşısında böyük məqsəd qoyulmalıdır. Klubun rəhbərliyi isə mənə bildirdi ki, ən əsas fikrimiz “İnter”lə bağlıdır, “Simurq” haqda hələ düşünmürük. Ona görə də, orada işləməyin mənası yox idi.

- Siz “Simurq”a gələndə konkret olaraq qarşınıza hansı vəzifə qoyulmuşdu?

- Qarşıma qoyulan məqsədlər komandanı toplamaq və Premyer Liqada saxlamaq idi.

- Əgər belə davam edərsə, “Simurq”un gələcəyini necə görürsünüz?

- Birincisi, komandanın maliyyə vəsaiti çox azdır. İkincisi də, bundan sonra əcnəbi məşqçilər daha həmin komandaya getməzlər. Ona görə ki, klubun verdiyi əmək haqqı çox azdır. Maksimum 4-5 min dollar.

- Bəs, hazırda nə işlə məşqul olursunuz?

- Rusiya klublarından birindən təklif almışam. Çox güman ki, Rusiya Premyer Liqasında çıxış edən klublarının birində məşqçi işləyəcəyəm.

- Həmin klubun adını deyə bilərsiniz?

- Yox hələ klubun hansı olduğunu söyləyə bilmərəm. Yaxın zamanlarda danışıqlar müsbət yekunlaşsa, açıqlama verəcəyəm.

- Yenidən Azərbaycan klublarının birində işləmək istəyərdiniz?

- Mən böyük məmnuniyyətlə Azərbaycan klublarında çalışardım. Əgər həmin komanda Avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyarsa.  Klubun büdcəsi yaxşı olsa, niyə də, işləməyim?

- Bu mövsüm Unibank Premyer Liqada 10 məşqçi dəyişikliyi gerçəkləşib. Buna münasibətinizi öyrənmək istərdim.

- Bu barədə danışmaq çox çətindir. Baxır, hansı məşqçi niyə komandadan ayrılıb. Ola bilər ki, məşqçinin qarşısına qoyulan nəticəni verə bilməyib. Bu halda normal ola bilər. Lakin digər gerçək tərəflərini bilmədiyim üçün dəqiq bir söz deyə bilmərəm.

- Azərbaycandakı fəaliyyətiniz ərzində hansı klubun və məşqçilərin işini bəyəndiniz?

- Birinci növbədə “Qarabağ” klubunu və rəhbərliyini dəyərləndirmək istərdim.  Qarşılarına qoyduqları məqsəd, göstərdikləri oyunlar buna əsas verir. Baş məşqçiləri də çox yaxşı işləyir. Məşqçi də artıq xeyli vaxdır ki, eyni klubu çalışdırır. Ona görə də, “Qarabağ”ı seçərdim.

- Qayıdaq yenə “Simurq”a. Sizdən sonra litvalı hücumçu Robertas Poşkus da komandadan getdi...

- Poşkus “Simurq”a mənə görə, mənim xahişimlə gəlmişdi. Məndən sonra da getdi.

- “Simurq” rəhbərliyi deyir ki, Poşkus komandanın düşərgəsini icazəsiz tərk edibmiş.

- Bunlar yalandan başqa bir şey deyil. Belə ağ yalan danışmaq olmaz. Belə haqsızlıq etmək düzgün deyil. Poşkus həyat yoldaşı xəstə olan vaxtı komandanın düşərgəsində olmayıb. Bunun acısı başa düşüləndi. Yoldaşı xəstəxanadan çıxanda isə Poşkus komandaya qayıtdı və məşqlərə başladı.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail