Novruz Əzimov: "Mənim namizədliyimi Starkov özü irəli sürüb"

21.03.2012 | 4830 dəfə oxunub

"Bakı"nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 24-cü turunun "Xəzər Lənkəran"la oyunundan (1:0) sonra müsahibə verib.

 
- “Bakı” sizin ad gününüzdə səfərdə “Xəzər Lənkəran”ı məğlub etdi. Yəqin ki, belə bir hədiyyəni gözləmirdiz...
- Niyə ki? Bizim böyük potensialımız var. Komandamız Lənkərandakından da yaxşı oyun sərgiləyə bilər. Starkovun gedişindən sonra vəziyyət heç də ürəkaçan deyildi. Amma uşaqlar hər şeyə rəğmən var qüvvələri ilə hazırlaşmağa davam edirlər. “Xəzər Lənkəran” üzərindəki qələbəyə də layiq idik. Lakin artıq bu uğuru unudub qarşıdakı “Qarabağ”la oyuna hazırlaşmalıyıq.
 
- Uinston Parksın zədəsi nə dərəcədə ciddidi?
- Biz onun tezliklə qayıtmasını gözləyirik. Parks komandanın aparıcı futbolçularından biridi. “Qarabağ”a qarşı dəqiq oynamayacaq. Mümkündü ki, AZAL-la kubok oyununda iştirak edə bilsin. Nenad Kovaçeviç də Lənkəranda zədə aldı. Bu iki futbolçuyla yanaşı “Qarabağ”a qarşı Xavyer Junior və Elvin Əliyev də çıxış edə bilməyəcək. Amma bunlar bizə çətinlik yaratmayacaq. Heyətimiz genişdi və itkiləri əvəzləyəcək futbolçularımız da var.
 
- Rəhbərlik Starkovu məhz sizin əvəzləməyinizə nə vaxt qərar verdi?
- Bildiyimə görə, mənim namizədliyimi Starkov özü irəli sürüb. O, bildirib ki, yeni baş məşqçi axtarmağa ehtiyac yoxdu. Məhz bundan sonra da baş məşqçi postu mənə tapşırıldı.
 
- Yəqin başa düşürsüz ki, qalan turlarda qazana biləcəyiniz hansısa uğur bu postda daha uzun müddətə qalmağınızla nəticələnə bilər?
- Əlbəttə. Bu, mənim karyeramda böyük şansdı. Əgər hər şey alınsa, rəhbərlik belə bir qərar verə bilər. “Bakı”ya nəticə lazımdı. Mövsümü titulla bitirmək lazımdı. Bu, mənim üçün doğma klubdu. Onun üçün gecə-gündüz işləməyə hazıram.
 
- Sizcə, Starkovun “Bakı”dakı işləri niyə alınmadı?
- Bu, uzun söhbətdi. Onun 15 ay işləmək üçün vaxtı oldu. Yaxşı heyət toplamışdı. Mənə elə gəlir ki, o, sadəcə Azərbaycan futbolundan lazımınca baş aça bilmədi. Futbolçular da onlardan nə tələb olunduğunu başa düşə bilmədilər.

- Deyilənə görə, sizin qarşınıza Azərbaycan kubokunu qazanmaq vəzifəsi qoyulub. Yəni bunu bacarsaz, baş məşqçi postunda qalacaqsız...
- Belə bir söhbət olmayıb. Mən mövsümü titulla bitirmək istəyirəm. Amma burda qalıb-qalmayacağıma klub rəhbərliyi qərar verəcək.
 
- Çempionatdakı əsas hədəfiniz nədən ibarətdi?
- “Bakı” lider “Neftçi”dən çox geri qalır. Buna görə də çempionluğa iddia etmək bir qədər düz çıxmır. Fikrimcə, “ağ-qaralar” bu üstünlüyünü sona kimi əldən verməyəcəklər. Buna baxmayaraq, biz hər oyunda sona kimi mübarizə aparacağıq. Nəyə nail olacağımızı isə sonda biləcəyik.
 
- “Qarabağ”la qarşıdakı oyundan nə gözləyirsiz?
- Ağdamlıların oyunu mənim çox xoşuma gəlir. Onların heyəti də çempionatın ən yaxşılarındandı. Amma bizim potensialımız ağdamlılar üzərində qələbəyə ümid verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail