"Neftçi" - "Xəzər Lənkəran" matçının 100 iştirakçısı

23.03.2012 | 7030 dəfə oxunub

Premyer Liqanın 25-ci turunda “Neftçi” və “Xəzər Lənkəran” tarixdə 25-ci dəfə qarşılaşacaq. Bu dəfəki görüş Lənkəran təmsilçisinin baş məşqçi Yunis Hüseynovun prinsipial dueldəki debütü ilə əlamətdar olacaq.

O, “Xəzər Lənkəran”ı "Neftçi" ilə matça çıxaracaq 7-ci baş məşqçi kimi "Xəzər Lənkəran" tarixə düşəcək. Ona qədər 23 görüşdə Lənkəran klubuna 6 çalışdırıcı rəhbərlik edib. Hüseynovun sələflərindən ən uğurlusu Mirça Rednik, ən uğursuzu isə İqor Ponomaryovla baş məşqçi əvəzi kimi "Neftçi" ilə oyuna qatılan Şenol Fidan olub.
 
“Xəzər Lənkəran”ın “Neftçi” ilə oyunlardakı baş məşqçiləri
Mirça Rednik                           8  3  4  1  9-11  13
Ağasəlim Mircavadov            8  2  4  2   3-3   10
Rasim Kara                            4  1  1  2   5-5    4
Viktor Pasulko                        1  0  1  0   2-2    1
İqor Ponomaryov                   1  0  0  1   1-2     0
Şenol Fidan                            1  0 0  1    0-1    0
Cəmi                                      23 6 10 7 20-24 28
 
Hüseynov həm də “Xəzər Lənkəran”ın "Neftçi" ilə oyunlarda yubiley – 100-cü nümayəndəsi olacaq. Belə ki, ona qədər 6 baş məşqçi ilə yanaşı 93 futbolçu “Xəzər Lənkəran” formasında "Neftçi"yə qarşı meydana çıxıb.

Baş məşqçi ilə yanaşı ilk dəfə bu prinsipial derbinin həyəcanını yaşayacaq futbolçular bu “99”luğun artmasında pay sahibi olacaq.
 
Əvvəlki 23 oyunun iştirakçısı olan 93 “Xəzər Lənkəran”lı ilə bağlı maraqlı faktlar da diqqət çəkir.
 
* Alim Qurbanov 2004/05 mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. O, 8 mövsümdür ki, derbidə iştirak edir. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.
* Lakin Rahid Əmirquliyev hamıdan çox – 17 dəfə “Neftçi”yə qarşı oynayıb. Kamran Ağayev – 13, Alim Qurbanov – 12, indi əks düşərgədə olan Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 oyuna “ağ-yaşıl” formada çıxıb.
* Rahidlə Kamran  bu oyunlarda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1190, Ağayev isə 1170 dəqiqə ərzində bu həyəcanı yaşayıb.
* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 20 qola 15 futbolçu imza atıb. 1 dəfə “Neftçi”nin üzvü Ruslan Abışov öz qapısına qol vurub.
* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay 3, Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib.
* “Xəzər Lənkəran”ın 39 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 57 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.
* Bu oyunlarda "Xəzər Lənkəran" 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/08 mövsümündə I dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/10 mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o meydandan deyil, texniki zonadan kənarlaşdırılıb. Çünki o, qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail