Azərbaycan kuboku, 1/4 final: rəqəmlərin gözü ilə

26.03.2012 | 6581 dəfə oxunub

Martın 28-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələn komandaların ölkə kubokunda baş tutan əvvəlki oyunlarının balansını tərtib edib. Burada komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks olunub.


1/4 final, cavab oyunları

28 mart (çərşənbə)

AZAL - "Bakı" 
+0=1-2, top fərqi – 1:6

AZAL “Bakı” ilə keçirəcəyi 4-cü paytaxt derbisinə qədər qələbə həsrətindədir. Səfərdəki görüşlərdə 3 qol buraxıb uduzan “təyyarəçilər” öz meydanlarında ilk üçün çalışacaq.

2005/06                1/8 final                Olimpik (Bakı) – Bakı       0:0, 0:3
2011/12                1/4 final                Bakı – AZAL (Bakı)          3:1 

"Qarabağ" - "Qəbələ"
 +0=1-0, top fərqi – 2:2

İlk dəfə cari mövsüm üz-üzə gələn rəqiblərin Qəbələdəki görüşü məhsuldarlığı ilə diqqət çəkmişdi. Hər 2 komanda duellərdə ilk qələbənin müəllifi olmaq əzmindədir.

2011/12                1/4 final                Qəbələ - Qarabağ (Ağdam)          2:2

"Xəzər Lənkəran" - "İnter" 
+3=2-2, top fərqi – 9:7

8-ci dəfə kubokda üz-üzə gələn rəqiblərin duelində qonaqlar şəxsi görüşlərin nisbətində tarazlıq yaratmağa, meydan sahibləri isə fərqi artırmağa çalışacaq. Yarımfinalçının adı da məhz kimin arzusunu reallaşdıracağından asılıdır. Lakin bakılılar mərhələ adlamaq üçün heç-heçə ilə də kifayətlənə bilər.

2004/05                1/2 final                İnter (Bakı) - Xəzər-Lənkəran     2:1, 1:1
2006/07                1/2 final                İnter (Bakı) - Xəzər-Lənkəran     0:1, 0:1
2007/08                final                       Xəzər-Lənkəran - İnter (Bakı)     2:0, əlavə vaxtda
2010/11                final                       Xəzər Lənkəran - İnter (Bakı)      1:1, pen. 4:2
2011/12                1/4 final                İnter (Bakı) - Xəzər-Lənkəran     3:2

"Neftçi" - "Kəpəz" 
+5=1-4, top fərqi – 13:9

Son 4 görüşdə rəqibinə qalib gələn “Neftçi” “Kəpəz”lə 11-ci qarşılaşmaya üstün durumda çıxacaq. Düzdür, bakılılar cəmi 1 qələbə artıq qazanıb. Lakin gəncəlilər ardıcıl 4 dəfə uduzduğu rəqibini sonuncu dəfə 12 il əvvəl üstələyə bilib.

1995/96                1/4 final                Kəpəz (Gəncə) - Neftçi (Bakı)     1:0, 0:2
1997/98                1/2 final                Neftçi (Bakı) - Kəpəz (Gəncə)     1:2, 1:2
1999/2000            1/2 final                Kəpəz (Gəncə) - Neftçi (Bakı)     1:0, 0:0
2000/01                1/4 final                Neftçi (Bakı) - Kəpəz (Gəncə)     1:0, 3:1
2010/11                1/8 final                Gəncə - Neftçi (Bakı)                   1:3
2011/12                1/4 final                Kəpəz (Gəncə) - Neftçi (Bakı)     1:2

Mənbə: PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail