“ ”Gəncə”də də məhsuldar bir oyunçu kimi tanınacağıma ümid edirəm” - MÜSAHİBƏ

18.02.2011 | 6318 dəfə oxunub

rnrn

rnrnrnrnrnrn

"Gəncə"ninrnyeni transferi Kristaps Grebisin klubun rəsmi saytına müsahibəsi

rnrn

- Gəncədərnsizi necə qarşıladılar?
rn
-  Çoxrnsağ olun. Gəncədə məni cox isti qarşladılar. Hazırda məşqlərə qatılmışam. Özümürnyaxşı hiss edirəm.
rn- Azərbaycanın ən titullu klublarından olan "Gəncə"yə transferinizrnnecə baş tutdu?
rn- Mənə Azərbaycan və Gəncə haqqında menecerim danışıb. O, ölkənizdə futbolunrninkişaf etdiyini, bu sahəyə diqqət və qayğının olduğunu söylədi. "Gəncə"rnhaqqında isə çox müsbət fikirlər bildirdi. O bildirdi ki, bu mövsüm PremyerrnLiqaya vəsiqə qazanan Gəncə yaxşı oyun nümayiş etdirir və klub vaxtı ilərnAzərbaycanın ən titullu komandalarından biri olub. Odu ki, mənrn"Gəncə"yə keçməyə razılıq verdim.
rn- Azərbaycan çempionatını, klublarını və ümumilikdə futbolumuzu necərndəyərləndirirsiniz?
rn
- Bilirsiniz mən Azərbaycan futbolu haqqında o qədər də ətraflı məlumata malikrndeyiləm. Ölkənizdə oynayan bir neçə latviyalı futbolçu ilə yaxın əlaqələrimrnvar. Məsələn Rubins, Karlsons, Soloniçin və başqa futbolçuların mənərnsöylədiklərinə görə maraqlı çempionat keçir. Yaxşı komandalar formalaşıb,rnfutbola diqqət və maraq böyükdü. Xüsusən də Gəncədə futbolu sevirlər vərnazarkeşlik edirlər. Amma hələ qəti fikir söyləyə bilmərəm. Bir müddət sonra burnbarədə ətraflı və dəqiq nə isə demək olar.
rn- Komandaya uyğunlaşmağınız necə gedir?
rn
- Komanda məni çox isti qarşıladı. Uşaqlar çox mehribandılar. Artıq məşqlərərnqatılmışam. Bir az adlarla bağlı çətinlik çəkirəm. Amma o da yavaş-yavaşrndüzəlir. İnanıram ki, bir müddət sonra mənim üçün çox rahat olacaq. Yenə dərnzamana ehtiyac var.
rn- Əvvəlki klubunda yüksək məhsuldarlıq göstərən Grebis bu mövsümrn"Gəncə"nin heyətində uğur qazanacağına inanırmı?
rn
- Mən peşəkar futbolçuyam. Harada oynamağımdan asılı olmayaraq mən bütün gücümürnmeydanda nümayiş etdirməyə çalışacam. Hələ ki, Azərbaycan çempionatında buna nərndərəcədə nail olacağımı bilmirəm. Amma Gəncədə də məhsuldar bir oyunçu kimirntanınacağıma ümir edirəm.
rn- Kristaps, artıq "Gəncə"nin heyətində ilk oyuna çıxmısınız. AZAL-larnqarşılaşma barədə nə deyə bilərsiniz?
rn
- Cox maraqlı və gərgin oyun oldu. AZAL da yaxşı təsir bağışladı. Biz də bacardığımızrnqədər mübarizə apardıq. Hər iki komandanın yetərincə qol imkanları oldu. Sonarnqədər komandalar meydançada döyüşdülər. Fikrimcə hesab nəticəyə görə oldu. Ammarnmeydança mənim heç də ürəyimcə olmadı. Baxımlı futbol üçün süni yox, yaşılrnmeydançalar daha əlverişlidi.
rn- Gəncəyə gəldiyiniz az bir müddətdi. Şəhərlə tanış olmusunuz?
rn
- Futbolçularla bir az şəhəri gəzmişəm. Onu deyim ki, Gəncə çox təmiz və gözəlrnşəhərdi. Yaxşı yolları və yaraşıqlı binaları, tarixi abidələri var. Hiss olunurrnki, şəhərdə inkişaf var. Amma daha yaxından tanış olmaq istəyirəm. Buna da yenərnzaman lazımıdı.

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail