8 Martdan bir xeyli əvvəl...
Bu nə yay gəlməmiş çırmanmaqdı, nə arxı keçməmiş hoppanmaq. Bəs 8 Mart kimi təntənəli, sevimli, heç vaxt yaddan çıxmayan bayramdan bir xeyli əvvəl bu məsələni niyə yada salıram? Bu arvaddan qorxmaq mərəzi də deyil. Bakılılar demiş, tamam alayı məsələdi, qardaşlar.
Qardaşlar, məsələ belədi. Ölkəmizin bu başından o başınacan vur-tut 10-15 min azarkeşin izlədiyi Premyer Liqamızı xanımların qarğışı tutub. Biz azarkeşlərə
dedilər ki, vaxtınızı belə maraqsız işə sərf etməyin, qulaq asmadıq. Dedilər ki, nə görmüsünüz axı boş tribunalar
qarşısında 22 saqqallı cavanın ora-bura qaçmasında? Onlar çox dedi, biz az eşitdik. İnsafən, xanımlar hələ güzəştə də getdilər. Dedilər ki, can sizin, gül kimi cəhənnəm də Tanrının, futbol üçün belə çox darıxırsınızsa,
heç olmasa İspaniya, İngiltərə, Almaniya, İtaliya, bədəbəd ayaqda Fransa çempionatına baxın. Biz nə etdik? Nə edəcəyik, guya özünüz bilmirsiniz? Öz Premyer Liqamıza baxıb möcüzə gözlədik. Bu da sonu. Xanımlar da əllərini göyə açıb necə qarğıdılarsa...
Klublarımızdakı xeyir-bərəkət, bolluq və firavanlıq
göyə çəkildi, pulu günün günortaçağı çıraqla axtarmağa başladılar. Premyer Liqada oynayan 10 klubdan yarıdan çoxu təlim-məşq toplanışını xarici ölkələrdə yox, elə buralarda - Bakıda, Ləkidə keçirməyə məcbur oldu. Ala-babat transferlər keçirməyə də imkanları qalmayıb.
Çox demirəm, cəmi bir il öncə fərqli bir mənzərə idi. Klublarımız qış hazırlığını
Avropanın gözəl-gözəl yerlərində keçirdi, futbolçularımız doyunca təmiz dağ havası udub məşq edirdilər. Qonşu Türkiyənin
Antalya şəhərinə gedənlərin
də günü pis keçmirdi. Amma indi toplanış üçün Hacıqabula
getmək də çətinə düşüb, pul lazımdı axı.
Bu soyuqda heç uzağa getməyin, ötən çempionat yadınızdadır da, bəzi futbolçularımız bahalı xarici maşınları adamların üstünə sürürdü, qırqovulun
sol budunu matçdan öncə, sağ budunu oyundan sonra yeyirdi, içalatını isə bazanın pəncərəsindən çölə tullayırdı. Xanımların qarğışı deyəsən düz “doqquzluğa" dəydi... İndi hər şey adama nağıl kimi görünür. Həmkarlarımdan biri vəziyyəti o gün necə də ustalıqla qeyd eləmişdi - futbolumuz “pirojki dövrü”nə qayıdır.
Kassasında siçanların mini-turnir keçirdiyi klublarımızın dərdi-səri azmış kimi, AFFA və PFL-də bir yandan onların gününü göy əskiyə büküb. AFFA deyir, pulumu ver, PFL deyir ki, borcumu qaytar. Hələ Nuh əyyamında satdığı topların məsələsini
də gündə neçə dəfə klubların başına sərki kimi vurur. Klublarımız da üzə dirəniblər, biri deyir, sənin satdığın top keyfiyyətsiz idi, boş qapıdan da keçmirdi, o biri deyir ki, o nə top idi, rəqib qapısına tərəf vururduq, qayıdıb öz qapımızda girirdi.
Hələ siz “Xəzər Lənkəran"ın PFL-ə cavabına bir baxın. Deyirlər ki, biz sizdən top-filan almamışıq, öz topumuzla oynamışıq. Qardaşlar, hələ bunlar öz topları ilə oynayıblar
sonuncu yerdədirlər, görün PFL-in satdığı topla oynasaydılar,
günləri necə olacaqdı...
Bəzi klublarımız isə PFL-i borclu çıxarmaq istəyir. Deyirlər ki, teleyayıma görə bizə söz verdiyiniz
pulu nə zaman ödəyəcəksiniz? Guya PFL teleyayım məsələsində klublara söz verib ki, sizin oyunlar Danimarkada da göstəriləcək. Amma sonra məlum olub ki, bizim Premyer Liqaya heç Daşkəsəndə
də tamaşa edən olmayıb. İndi belə çıxır PFL klublara atıb?
Sözün düzünü deyim ki, kimin kimə neçə top, neçə dollar borclu olduğunu dəqiq bilmirəm, heç hesablamaq
fikrində də deyiləm. Bildiyim başqa məsələdi. Çempionatımız xanımların qarğışına tuş gəlib. Başqa nə ola bilər ki? Lütfən, başqa səbəblər gətirməyin, neftimizin bir barrelinin bir vedrə su qiymətinə satılmağını, manatımızın qripə yoluxmasını bəhanə-filan gətirməyin. Dünyanın hər yerində iqtisadi böhran olduğunu da deməyə gərək yoxdur. Onu siz demədən də bilirəm.
Futbolumuza qarğış olunub, vəssalam. İnanmayanları görüm elə xanımların qarğışı tutsun...
Etibar CƏBRAYILOĞLU
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |