AFFA-ya deyin, bağlasın belini...

25.02.2016 | 15765 dəfə oxunub

gizlədim, adam lap təzədən evlənmək istəyir. İdman saytlarında yeni şadlıq evi-təzə Olimpiya Stadionu barədə yazılanları oxuyandan sonra dost-tanışı başıma yığıb toy eləmək fikrim gündən-günə daha da güclənir.

Futbolumuza cavabdeh olanların Allah canlarını sağ eləsin, idmanın gül kimi növünə elə toy tutdular ki, axırda o cür möhtəşəm Olimpiya Stadionundan da şadlıq evi düzəltdilər. Düzdü, hələ ki, adı elə stadion kimi qalıb, yəniLeyli Məcnun" şadlıq sarayı demirlər. Amma bilmək olar...

Belə götürəndəNou Kamp"ı da şadlıq sarayı kimi yox, elə stadion kimi tanıyırlar. Lakin Messinin, Neymarın, Arda Turanın tər iyi meydançadan çəkilməmiş orada toy-nişan mərasimləri keçirir, deyəsən heç pis qazanmırlar. Bu dəqiqə vəziyyət elədi ki, qəpik-quruş da dərdə dərmandı.

Ola bilsin gənclər idman nazirinə inanmayasınız, mənim isə sözümün doğruluğuna tam inana bilərsiz. Dostum Bəxtiyar iki il öncə İspaniyaya gedib dincələndəNou Kamp"a da baş çəkmişdi. Həmin günBarselona"nın oyunu olmasa da, dostum üçün darıxdırıcı keçməmişdi. Bəxti gətirdiyindən stadionda keçirilən çal-çağır məclisində iştirak etmişdi. Meyvəli tortdan dadandan sonra bilmişdi ki, bu, elə-belə məclis deyil, Suaresin bacısı oğlu ilə Busketsin dayısı qızının göbək kəsdisidi

Sözün açığı, “Nou Kamp" kimi bahalı yerdə toy eləməyə gücüm çatmaz. Dost-tanışa arxayın olub bizim Olimpiya Stadionunda yaxşı məclis qura bilərəm. Hər halda ora dəvət etdiyim insanlar toya əliboş gəlməyəcəklər ki... İndi hamı bilir ki,  “Səringül" şadlıq evində bir adamın xərci 100 AZN-di, o yekəlikdə Olimpiya Stadionunda havayı olmaz.

Stadiondakı menyü elə nəyə desən dəyər. Toyun əvvəlində masaların üstünəAut", “Ofsayt" salatları düzülür. Sonra isti yeməklər gəlir, “Penalti" kababının dadı hamını valeh edir. Hələ kababın üstünəHakimlər Komitəsi" istiotu vuranda adam az qalır barmaqlarını yalasın.

İçkilər göz qamaşdırır- “Çertaqanov" arağı, “Souza" viskisi, “Şükürov" çaxırı...

Toyun şirin yerində Səməd Səmədov guya oxuduğu mahnını yarımçıq kəsir, stadionda işıqlar sönür məlum olur ki, meydana yeməklərin şahı - gəlir. Aşı da kim gətirsə yaxşıdı, rəqqasə Məryəm

Səməd Səmədov fit çala-çala deyir ki:

Pəncərədən daş gəlir,

Xumar gözdən yaş gəlir.

Meydana gəlir.

Toyun sonuna yaxınQırmızı vərəqə" dondurması adamın ürəyinə yağ kimi yayılır. Tortu da künc nöqtəsinə yaxın yerdən gətirirlər. Nəsə fısqırıq bir şey.

Belə getsə, fikrim qətiləşəcək. Dost-tanışı Olimpiya Stadionuna yığacam. Dəvətnamənin üstündə yazılacaq şeiri düşünmüşəm:

Yetişdi toy axşamı,

Durun, yandırın şamı.    

Gəlinə bəzək vurun,

Gəlir FİFA adamı.

PFL tərifləsin bizim gəlini,

AFFA-ya deyin bağlasın belini...

Etibar CƏBRAYILOĞLU

Het-trik news”qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail