Başsız "Qarabağ"…

19.08.2016 | 21166 dəfə oxunub

Yazının başlığı, elə adamın başını qarışdırır. Məyər “Qarabağ” başsızdır? Yox, söhbət o başdan getmir.

Köhlən adların başında savadlı, işini bilən Qurban Qurbanov durur. Amma bu klubun ən yaralı yerlərindən biri hava mübarizələrində hər dəfə uduzmasıdır.

Müasir futbolun ən sevdiyi, başla dəqiq oynamaqdır. Elə ən çox uğuru da başını yaxşı işə salan komandalar qazanırlar. “Göteborq”la oyunda köhlən atlar 12 dəfə korner başlamaq şansı qazandı. Amma bir dəfə də olsun cərimə meydançasına hava ilə asma olmadı. İndi oynanılan bu oyunda 12 korner çox ciddi bir rəqəmdir. Bəzən zəif komandalar da hava toplarında hakimiyyəti sayəsində güclüləri diz çökdürür.

Uzağa getməyə ehtiyac yoxdur. Elə “Qarabağın yolunu da UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Viktoriya”nın başı kəsdi. Burdan bir şeyə şükr etmək lazımdır. Yaxşıdı ki, hazırkı rəqibimiz “Göteborq”un başı yoxdur. Onlarda da hava hakimiyyəti olsaydı, o zaman durum tamam başqa cür olacaqdı. Bir tərəfdən də düşünsək ki, “Qarabağ” futbolçuları başla yaxşı oynayır, o zaman komandamız İsveçdə rəqibinə ən azı 3 qol vura bilərdi. Şükürlər olsun ki, “Qəbələ”də artıq bu problem aradan qaldırılıb. Ağ qırmızılar rəqibin adından aslı olmayaraq hava toplarını leyhinə istifadə edə bilir. Xüslasə… “Qarabağ”ın səfərdə doğma azarkeşlərinin önündəki kimi oynaması, ümidlərimizi artırır. Ən azından inanmalıyıq ki, başarı “Qarabağ”ın tərəfində olacaq. Necə deyərlər başarılar “Qarabağ”!..


Emin Ağayev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail