Hansı haqla, hansı ...? - YAZI

25.07.2018 | 50406 dəfə oxunub

Yenə göstərilmir. Üzümüzü illərdi ağ edənlərin üzünü ağ edə bilmədiz ki, bilmədiz.


Söhbət, futbol sektorumuzun ağ libasına, tək uğurlu sisteminə, modelinə sahib "Qarabağ"a olan laqeyd münasibətdən gedir. Komandamız bu gün Çempionlar Liqasının II-ci təsnifat mərhələsi çərçivəsində Albaniyada "Kukesi" komandası ilə qarşılaşacaq. Ölkəmizdə iki idman kanalı olsa da, oyun yenə canlı göstərilməyəcək. İstəkləriniz böyük, amma əməlləriniz kiçikdən də kiçikdir. ÇL-i çox istəyirisiniz, hətta bəzən tələb də edirsiniz. Hansı haqla, hansı ...?

ÇL bizdən, ayın yerlə olan məsafəsindən də uzaqdır. Albaniya isə cəmi 3000km-liyimizdədir. Ayı bizə gətirən "Qarabağ" üçün 3000km-i evimizə, tv-lərimizə daşımaq bu qədərmi çətindir? Yoxsa ödənməli olan 3-5 manatınıza əliniz gəlmir? Heç olmasa bircə dəfə də cibinizi, özünüzü yox, bu komandanı, bu komandanın adını düşünmək olmazdımı? Amma milyonluq transferləri bəh-bəhlə istəyirsiniz. 

Sizdən fərqli olaraq, "Qarabağ" rəhbərliyi illərdir xərcləyir, həm də milyonlar. 

"Qarabağ"ın bizlərə bəxş etdiyi o qələbələrin, o ÇL-in yanında sizlərin etməli olduğu iş tum çırtlamaq kimi bir şeydir. Ki, o tumu çırtlamağı belə bacarmırsınız. Yəqin ki, oyun yenə "Qarabağ"ın öz imkanları və öz işçiləri hesabına yayımlanacaq. 

Belə yerdə deyiblər, utanmaq yaxşı hisdir, amma olan yerdən.

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail