"Pis günlər geridə qaldı" - Ruslan Abışov
“Neftçi”nin kapitanı Ruslan Abışov klubun "YouTube" kanalına açıqlama verib.
Stadium.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən təcrübəli müdafiəçi pis günlərin geridə qaldığını söyləyib:
“Zədəm çox ciddi idi. Açığı, heç vaxt gözləməzdim ki, karyeramda bu cür ciddi zədə alaram. Futboldur, bu, mənim başıma gəldi,yaşadım. Şükürlər olsun, artıq hər şey qaydasındadır. Pis günlər geridə qaldı. Məşqlərdə bacardığım qədər tam gücümü ortaya qoymağa çalışıram. Düzdür, bəzi çətinliklər var, bu da normaldır. Çünki hardasa 5 aya yaxın məşq etmədim. Öz təsirini göstərir. Yenidən əvvəlki formamı bərpa etmək üçün həm məşqçilərimiz, həm komanda yoldaşlarım, həm də həkimlər mənə böyük dəstək göstərirlər”.
Ruslan zədəli olduğu dövrdə ən böyük dəstəyi ailəsindən aldığını bildirib: “Təzə-təzə heyfslənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hisslər keçirirdim. Sağ olsun ailəm, mənə ən böyük dəstəyi onlar verdilər. Dedilər ki, səbirli, rahat, sakit ol. Ondan sonra dostlarım, komanda yoldaşlarım mənə bildirdilər ki, hər şey yaxşı olacaq. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, bunu artıqlaması ilə gördüm. Azarkeşlərimiz də zəng vurur, öz dəstəyini göstərirdilər. Hər kəsə dərin təşəkkürümü bildirirəm”.
31 yaşlı müdafiəçi sonda komandasının Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib: “İndi hər şey qaydasındadır. Çətinliklər geridə qalıb, daha çox toplu məşqlər olur. Artıq yoxlama oyunları da oynamışıq. Vaxtımız azdır. Qısa müddət ərzində hər şeydən maksimum istifadə etməliyik ki, çəkdiyimiz əziyyətin bəhrəsini çempionat oyunlarında görək”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |