Ədalətin bumu, Rəşad?

01.12.2019 | 52671 dəfə oxunub

"Qarabağ" yer aldığı Avropa Liqasının A qrupunda sonuncu səfər görüşündə "Sevilya"ya uduzaraq növbəti mərhələ şansını itirdi. Son çempionun tarixində ilk dəfə qrupdan çıxması üçün münbit şərait yaranmışdı. Axı "Qarabağ"ın püşkdə şansı kifayət qədər yaxşı gətirmiş və qrupun ilk görüşündə autsayder "Dudenlaj" səfərdə əsas rəqib kimi gördüyümüz APOEL-i məğlub etmişdi. Bundan gözəl şans? Amma "Qarabağ" yaranan  şansdan istifadə edə bilmədi. Bu yolda APOEL-lə görüşlərdəki səhv(lər) həlledici oldu.

Açığı, səhvlər deyib cəm halına salmaqla bütün komandaya qarşı haqsızlıq etmiş olarıq. Çünki "Qarabağ" qrupun bütün görüşlərində, xüsusən də elə APOEL-lə görüşlərdə kifayət qədər yaxşı mübarizə aparmış, hətta bir neçə oyuna yetəcək qədər qol epizodu yaratmışdı.

Amma bütün bunların fonunda həlledici qarşılaşmalar sayılan APOEL-lə hər iki görüşdə Rəşad Sadıqovun səhvi(ləri) uğursuzluqda müstəsna rol oynamışdı. Bəli, nə qədər təəccüblü səslənsə də, qrup mərhələsinin ən uğursuz bəndi məhz Rəşad Sadıqov idi. Təkcə bizim yox, elə komanda yoldaşlarının da hər zaman meydanda görmək istədiyi, meydandakı varlığı ilə rahatlıq tapdığı Sadıqov bu ilki qrup mərhələsində narahatlıq nöqtəmiz olmuşdu. APOEL-lə Bakıdakı şanssızlıq və səfərdəki bərbad oyun dediklərimə əyani sübutdur.

Əslində, bu haqda çox danışıb, müzakirə aparmışıq. Hansısa söhbətin "suyunu çıxartmaq" kimi vərdişlərdən də uzaq biriyəm. Ancaq Rəşad Sadıqovun sonuncu müsahibəsi sanki bardağı bir balaca daşırmış oldu. Məsələyə yenidən qayıtmağıma səbəb də elə sonuncu  müsahibədir.

 Şansızlıqdan, futbolsuzluqdan, mübarizədən və.s, və.i hər şeydən danışan Rəşad, özü haqqında bir kəlmə də fikir bildirməyib.  Geniş müsahibədə elə bir məqam görmədim ki, Rəşad bir balaca da olsa özünü qınasın, etdiyi səhvdən, bəlkə də Rahilin haqqına girməsindən danışsın. Lazım olsa lap üzr istəsin. Heç APOEL-lə görüşlərdə ilk 11-də olub, amma "Sevilya"ya qarşı oyunlarda yoxa çıxmasından danışmıram ...

İndi isə gələk müsahibədən çıxarışlara:

- "Biz də çalışırdıq ki, maksimum şəkildə onların hücumlarının qarşısını alaq və fürsət düşəndə irəli çıxaq. İlk hissəni səhvsiz tamamladıq".

Son cümləyə diqqət edək! Rəşad Çox düzgün buyurub ki, ilk hissəni səhvsiz tamamladıq. Amma bir əmması var, niyəsini deməyib. Onu da mən deyim. Çünki APOEL-lə görüşlərdən fərqli olaraq, meydanda sən yox idin. Qısa və konkret!

- "Futbol odur ki, meydana çıxıb, son saniyəyə qədər mübarizə aparırsan və nəticə üçün ən yaxşısını etməyə çalışırsan. Bunu bütün qrup oyunlarında etməyə çalışırdıq"

Cavabın birinci hissəsi ilə işim yoxdur. Həqiqətən, futbol sona kimi mübarizə oyunudur. Amma cavabın davamında Rəşad həm də yaxşı söz oyunu oynamağı bacardığını göstərib. Ay Rəşad, həqiqətənmi ən yaxşısını etməyə çalışdığına əminsən? İcazənlə, səmimiyyətinə şübhə edim. Çünki belə olsaydı "Sevilya" ilə görüşlərdəki kimi APOEL-lə oyunlarda da ehtiyatda oturardın. Şəxsən özün Qurban Qurbanova yaxınlaşıb, Rahilin hazırda daha yaxşı formada olmasını və daha uyğun variant olmasını israrla deyərdin. Əminəm ki, etməmisən. Etmiş olsaydın faydasını hamımız görərdik.

- "Həlledici oyun demək olar ki, Kiprdə baş tutdu. Çoxlu hücumlar təşkil etdik, qol epizodları yaratdıq. Hesabda irəlidə olsaq da, yenə də hücum edirdik. İkinci qolu vurmayınca, APOEL iki künc zərbəsindən bizi məyus etdi və qalib gəldi. Qrupun həlledici matçı idi. Bizə heç-heçə də sərf edirdi".

Müsahibədən çıxarış etdiyim bu hissə isə başdan-başa cəfəngiyatdır. Ay Rəşad, qrupun vacib görüşü Kiprdə yox, paytaxtımız Bakıda olmuşdu. Komanda onda da çox yaxşı oynamış və onda da hesabda ilk önə keçən tərəf olmuşdu. Standart vəziyyətdən yox, məhz elə sənin səhvindən sonra qol buraxmışdıq. "Qarabağ" Bakıda qələbə qazansaydı, Kiprdəki görüş formala da çevrilə bilərdi. Olmuya belə cavab verməklə Bakıdakı səhvini "yumağa" çalışırsan?

- "İctimai rəylərə hörmətlə yanaşırıq. 2-3 ildir ki, Qurban Qurbanov oyunların təxirə salınmasını istəmir".

Ay Rəşad, arada ictimai rəylərdə özün haqda yazılanlara da bax və hörmətlə yanaş. Və ictimai rəylərdə deyilən “cavanlara daha çox oynamaq şansı verilsin” fikirlərinə əməl etməkdə dostun və baş məşqçi Qurban Qurbanova tövsiyyə ver. Sənə yaraşanı da budur. Axı sən hər zaman, hər kəsə nümunə çəkdiyimiz, mübarizənlə fərəhləndiyimiz, liderliyinə alqış səsləndirdiyimiz Rəşad Sadıqovsan. Belə də qal, qalmağa çalış. Hər kəsi ayağa verib, özünü düzə çıxarmaq həvəsinin isə başını burax. Həm sənə yaraşmaz, həm də ictimaiyyətin hər şeyi çox yaxşı görən gözləri var.

And ola Seyid Lazım Ağanın cədinə, qəti narahat olma.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail