Elxan Məmmədov: "Azərbaycan çempionatı üçün 10 klub idealdır, 12 klub isə riskdir"

29.01.2021 | 4935 dəfə oxunub

"AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz Premyer Liqada minimum 10 komandanın iştirak etməsidir".

Bunu qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, komanda sayı cari mövsümdə 10-a çatdırmalı idi. Lakin pandemiya və sponsorlarla bağlı problem yarandığı üçün məsələnin həlli uzanıb: "Bu məsələ martda yenidən müzakirə olunacaq".

Məmmədovun sözlərinə görə, bölgə komandalarının azlığı futbol ictimaiyyətində tez-tez müzakirə olunur. AFFA rəsmisi yerli icra hakimiyyətlərindən dəstək gözlədiklərini söyləyib: "Demirəm ki, AFFA olaraq hər şeyi mükəmməl edirik. Amma hər bir addımın öz səbəbi olur. Biz ona görə bölgə klublarını maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəlsə, ona hazır məhsul təqdim edək. Bölgələrdə peşəkar futbolun yaşaması bizim üçün vacibdir. Bəlkə sabah hansısa İcra Hakimiyyəti bu işi öz üzərinə götürəcək. Ümid edirik ki, gələcəkdə iş adamları bu işdə öz dəstəyini göstərəcək. Biz onlardan bu addımı gözləyirik. Bölgələrdəki böyük müəssisələri ilə əlaqə saxlayır, onları klubla bağlı məlumatlandırırıq".

İcraçı vitse-prezident Premyer Liqada klub sayının 12-yə çatdırılmasını riskli hesab edib: "Bəzən mətbuatda yazırlar ki, AFFA filan klubları Premyer Liqaya buraxmır. Bu, belə deyil. İstəyirik ki, keyfiyyət balansı pozulmasın. Azərbaycan çempionatı üçün 10 klub idealdır, 12 klub isə riskdir. Klubun ənənəsi olmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail