Fabreqas "Fənərbaxça"ya keçir?

25.11.2018 | 7839 dəfə oxunub

Uğursuz mövsüm keçirən "Fənərbaxça" gələn yay heyətində ciddi dəyişikliklər edəcək. Stadium.Az xəbər verir ki, İstanbul nəhənginin transfer siyahısı indidən hazırlanır.

“Sarı-lacivərdlilər”in heyətə qatmaq istədiyi ilk oyunçu isə "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqasdır. London klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçu "Fənərbaxça"ya havayı keçə bilər.

Klubun idman direktoru Damien Komolli ispaniyalının meneceri Darren Deinlə görüşərək, keçidin detallarını müzakirə edib. Həm Komolli, həm də "Fənərbaxça"nin prezidenti Ali Koçla dost olan Dein müştərisinin Türkiyədə yalnız "Fənərbaxça"nın formasını geyinəcəyinə söz verib. Çünki onunla "Qalatasaray" da yaxından maraqlanır.

Sesk Fabreqası "Milan" da transfer etmək niyyətindədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail