"Beşiktaş" Sərgən Yalçınla razılığa gələcək?

17.05.2021 | 3587 dəfə oxunub

"Beşiktaş"ın prezidenti Ahmet Nur Çelebi baş məşqçilər Sərgən Yalçınla yeni müqavilə imzalayıb-imzalamayacaqları ilə bağlı sualları cavablandırıb.

Stadium.Az xəbər verir, Super Lianın qalibi olan klubun rəhbəri məsələ ilə bağlı deyib:

"Sergen Yalçınla müqaviləmizin olub-olmamasının çempionluqla əlaqəsi yoxdur. Biz onunla sözləşmə imzalamışdıq. İndi də müddəti başa çatır. Biz baş məşqçimizlə razılaşmaq istəyirik. Bəlkə də məndən bəzi tələblər edəcək. Böyük ehtimalla razılığa gələcəyik".

"Beşiktaş" "Qalatasaray"la eyni xalı (84 xal) toplasa da, toplar nidbətində 1 fərqi ilə çempion olub.

Sərgəndən söz düşmüşkən, o, İstanbul təmsilçisi ilə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşayıb. Bu, klubun tarixində ilkdir.

Sərgən futbolçu olduğu dövrdə 1991/92, 1994/95 və 2002/03 mövsümlərində “Beşiktaş”la çempion olmuşdu. Bu dəfə isə o, baş məşqçi kimi çempionluq sevinci yaşayıb.
 
Sərgən Yalçın Türkiyədə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşamağı bacaran 6-cı mütəxəssisdir. Ondan öncə bu uğura Şenol Güneş, Hamza Hamzaoğlu, Aykut Kocaman, Ertuğrul Sağlam və Okan Buruk imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail