"Dnepr"də çıxış edən "Qarabağ"ın sabiq üzvü Ağdam klubundan danışdı

05.09.2014 | 3414 dəfə oxunub

Avroliqanın F qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Dnepr"in üzvü Sergey Kravçenko Ukrayna klubunun rəsmi saytına bir neçə açıqlama verib. Stadium.Az xəbər verir ki, 2005-ci ildə "Qarabağ"da forma geyən yarımmüdafiəçi son Azərbaycan çempionunun ciddi rəqib olduğunu deyib.

O, qrupdakı digər rəqiblərini də analiz edib: "Yer aldığımız qrup çətindi. "İnter" haqda nəsə demək yersizdi. Bu komanda Avropada sözün deyib. "Sent-Etyen" də Fransanın əsas klublarından biridi. "Qarabağ"a gəlincə, əgər bu komanda son Azərbaycan çempionudursa, deməli ciddi rəqibdi.

Potensial rəqiblərimiz arasında "Qarabağ"ın adını görəndə istədim ki, elə bu komandayla eyni qrupa düşək. Yenidən Bakıya gedəcəm. Orada mənim dostlarım var. İnanıram ki, Ağdam klubu ilə oyunlarımız dostcasına keçəcək".

Kravçenko təmsilçimizin heyətində keçirdiyi 12 matçda 3 qolla yadda qalmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail