"Real"dan 200 milyon avroluq saxtakarlıq

22.02.2021 | 3382 dəfə oxunub

"Real"ın rəhbərliyi klubun imic haqlarının satışı ilə bağlı saxtakarlıqda ittiham olunur. Stadium.Az xəbər verir ki, Madrid təmsilçisi 2016-cı ildə internet üzərindən satış üçün ABŞ-ın Providence investisiya fondu ilə danışıqlara başlayıb.

Növbəti ildə tərəflər 200 milyon avro məbləğində 4 illik müqavilə bağlayıblar. Vəsait komandanın ev oyunlarını keçirdiyi Santyaqo Bernabeu stadionunun qurulmasına xərclənməli idi.

Məlum olub ki, "kral klubu" sözləşməni fondun Kayman adalarında yerləşən iki törəmə şirkəti ilə imzalayıb. 2017-ci ilin əvvəlində qurulan şirkətlərin maliyyə kapitalı 20 min avro olub. "Real" klubu İspaniyada vergidən yayınmaq üçün bu yola əl atıb.

İddiaya görə, rəhbərlik özü də bu əməliyyatın saxtakarlıq kimi qiymətləndirilə biləcəyini istisna etmirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail