Ronaldu "Mançester Yunayted"ə keçidi üçün maaşının azaldılmasına razıdır

23.04.2021 | 3936 dəfə oxunub

İtaliyanın "Yuvantus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İngiltərə "Mançester Yunayted"inə qayıtmağa müsbət yanaşır.

Stadium.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bunun üçün maaşının azaldılmasına da hazırdır. Portuqaliyalı oyunçu sabiq klubunda ən azı 20 milyon avro qazanmağı hədəfləyir.

Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun məvacibi ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail