Böyükağa Hacıyev: "APOEL-in baş məşqçisi də "Partizan"ınkı kimi yekə-yekə danışırdı, axırda gördük necə oldu" - MÜSAHİBƏ

19.09.2012 | 7372 dəfə oxunub

Sabah keçiriləcək "Partizan" - "Neftçi" oyunundan qabaq bu gün təmsilçimizin baş məşqçisi Böyükağa Hacıyev də KİV nümayəndələrinin önünə çıxdı:

- Bu illəri "Neftçi" Azərbaycan futbol tarixində öz imzasını atdı və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, Azərbaycan futbolu üçün bir tarixdir. Biz gördüyümüz nəticələrlə kifayətlənməyəcəyik və arzularımız daha böyükdür. Niyə də "Neftçi" qrupdan çıxmasın? Biz bura Belqrada - min kilometrlərlə yol gələrək əlimizi uduzaraq uduzmaq fikrimiz yoxdur. Kim güclüdür, o da qələbə qazansın.

- "Partizan"ın baş məşqçisi "Neftçi"ni qrupun autsayderi adlandırmışdı. Heç jurnalistlərin də marağı yoxdu sizin komandaya. Demək olar ki, onlar sizə yuxarıdan aşağı baxır?

- Onlar bu haqda belə tez danışmaqla yanılırlar. Mən onların 5 oyununa baxmışam. Rəqibi çox yaxşıca analiz etmişəm. Onların çox təcrübəli İliç kimi oyunçuları var. O, Türiyədədə oynayıb. Tomiç, Markoviç kimi də güclü futbolçuları var. Mən "Partizan"ı "Neftçi"dən yaxşı tanıyıram. Arxı tullanmamış, hop deməsinlər. APOEL-in baş məşqçisi də "Partizan"ınkı kimi yekə-yekə danışırdı, axırda gördük necə oldu. Biz həm də yaxşı bilirik ki, rəqibimizdə maliyyə problemləri var.

- Heyətdə hər-hansı itkilər varmı?

- Elvin Yunuszadə cəzalı olduğu üçün oyunu buraxacaq.

- Sabah meydana hansı nəticə üçün çıxacaqsız?

- Belqradda oturmuşuqsa, elə bil Bakıda oturmuşuq. Bizim üçün fərqi yoxdur harada oynayırıq. Mən fəxr edirəm ki, hər şeydən əvvəl azərbaycanlıyam və komandamız burada qrupdadır. Nə zaman görmüsüz ki, mən müdafiə futbolu oynadım? Mən həmişə rəqibə açıq futbol təklif etmişəm, ya ud, ya da uduz. Sabah da rəqibə açıq futbol təklif edəcəm. Hər şeydən əvvəl Serbiya azarkeşləri bu oyundan ləzzət alacaqlar. Sabahkı oyunla uzun müddət burada yaddaşlarda qalmaq istəyirik.

- Elvin Yunuszadənin yoxluğunda meydana kim çıxacaq?

- Bu sirdir, kimi oynadacağımı deməyəcəyəm. Ancaq onu bizdə əvəzləyəcək futbolçular var. Bu barədə də bu axşam düşünəcəyik.

Vüsal BƏBİRLİ

BELQRAD



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail