Qurban Qurbanov - 41

13.04.2013 | 6263 dəfə oxunub

Bu gün «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdü. Stadium.az xəbər verir ki, milli komandasımızın sabiq kapitanı 41 yaşını qeyd edir.

Saytımızın kollektivi həm futbolçu, həm də baş məşqçi kimi hər zaman azarkeşlərin kölündə taxt quran Qurban bəyi doğum günü münasibəti ilə təbrik edir, ona şəxsi həyatında və karyerasında yeni-yeni uğurlar arzulayır.

Qurban Qurbanov 1972-ci ilin 13 aprelində Zaqatalada dünyaya gəlib. Futbolun sirlərinə doğulduğu şəhərin «Daşqın» klubunda yiyələnən Qurban bəy karyerası ərzində «Turan», «Kür-Nur», «Neftçi», «Dinamo» (Stavropol), «Baltika» (Kalininqrad), «Fakel» (Voronej), «Volqar-Qazprom» və «İnter» klublarında çıxış edib. Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

«Qarabağ»ın baş məşqçisi 1992-2005-ci illərdə milli komandada 66 oyun keçirərək 14 qol vurub. 2005-ci ilin payızında isə 33 yaşında karyerasını bitirib.

Qurbanov 2006-cı ildə «Neftçi»də məşqçilik fəaliyyətinə başlayıb. Məşqçi kimi ən böyük uğurlarını isə «Qarabağ»da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında «Qarabağ» dalbadal iki il Avropa Liqasının pley-off mərhələsinə çıxıb, «Tvente», «Borussiya» (Dortmund), «Brügge» kimi qitənin məşhur klublarını ölkəmizə gətirib.

O, Azərbaycan Kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxsdi. Qurbanov 2004-cü ildə «Neftçi»də çıxış edərkən komandanın kapitanı kimi, 2009-cu ildə isə baş məşqçi kimi kuboku başı üzərinə qaldırıb. 2009-cu ildə onun çalışdırdığı «Qarabağ» Azərbaycan kubokunun finalda «İnter»i məğlub etməklə (1:0), tarixində üçüncü dəfə ölkə kubokunu qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail