"Xəzər Lənkəran" bu gün vətəni tərk edir

14.07.2013 | 3512 dəfə oxunub

"Xəzər Lənkəran” Futbol Klubu sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak etmək məqsədilə səfərə yollanır. Stadium.az xəbər verir ki, “Makkabi” (Hayfa) ilə qarşılaşacaq cənublular vacib görüşə hazırlığını təmin etmək məqsədilə İsrailə uçuşun sabah həyata keçirilməsi planlaşdırılır.

14 iyul tarixində Bakı vaxtı ilə saat 19:00-da Bakı-Tel Əviv reysi ilə yola düşəcək “Xəzər Lənkəran” yerli vaxtla saat 20:30-da İsrail paytaxtında olacaq. Bundan sonra komanda avtobusla matçın keçiriləcəyi Hayfa şəhərinə yollanaraq “Dan Panorama” otelində məskunlaşacaq.

Qarşılaşmadan öncə keçiriləcək məşqdən əlavə Con Toşakın rəhbərlik etdiyi heyətin daha üç məşq keçirməsi nəzərdə tutulur. Məşqlərin 15 iyul yerli vaxtla saat 10:00-da, həmçinin 16 iyul saat 10:00 və 18:00-da baş tutması planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail