Şahin Diniyev: "İstefamı istəyənləri Allaha tapşırıram"

09.02.2017 | 4635 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uşaq səhvlərindən qol buraxdıq. Fərdi səhvlər hesabın böyük olmasına səbəb oldu. Fasilədən sonra nəticəni dəyişmək istıəsək də alınmadı. Deyiləsi bir şey yoxdu. "Qara zolağa”a düşmüşük. Gələcək matçlara hazırlaşmalıyıq. Komanda psixoloji cəhətdən sınıb, təzyiq altından çıxa bilmir. Bu oyunda rəqib daha istəkli idi.

Uduzacağınız halda istefa verəcəyiniz deyilirdi...

- Komandanı belə vəziyyətdə qoyub getmək istəmirəm. Çünki zəiflik əlaməti olardı. Sona qədər vuruşmaq lazımdır.

- Əli Nurinin əvəzlənməsi nə ilə bağlı idi?

- Müdafiəçilərmizin olmaması təsirini göstərir. Gənc oyunçudur, bir az həyəcanlı idi, oyun planında axsamaları var idi deyə əvəzlədik, amma ona gələcəkdə şans verəcəyəm.

- İstefanızla bağlı çox söhbətlər gəzir. Sizcə, gedişinizi kimlər istəyir?

- Bilirəm kimlərdir, bir yerdən idarə olunurlar. Mənim istefa mədəniyyətim var, sadəcə, sona 11 tur qalmış gedişim nəyisə dəyişəcəksə, bunu edərəm. Çalışacağam dönüş edək.

- Kərim Diniyev oğlunuz olduğuna görə ona üstünlük verdiyinizi deyənlər çoxdur. Ehtiyatda ondan yaxşı futbolçu varmı?

- Bu, uşaq söhbətidir, şəxsi-qərəzlilikdir. Kərim bu gün ən yaxşılardan idi. Hamı yaradıcı futbolçu istəyir, amma yaratmaq üçün dağıdıcı futbolçu olmalıdır. Bayaq dediyim 1-2 insandır ki, bu cür fikirləri yayır. Onları da Allaha tapşırıram.

"Qarabağ”la oyun Gəncədə olacaq?

- Meydanımız bəlkə 30-40 ildir dəyişdirilmir. "Zirə” ilə matçda meydana çıxsaydıq, ot örtüyü məhv olardı. Vəziyyət hələ ki, naməlumdur, hava şəraitnə əsasən qiymət veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail