Ronaldonun bacısından Vircil van Daykə cavab

04.12.2019 | 5544 dəfə oxunub

"Barselona"nın kapitanı Lionel Messinin 6-cı dəfə "Qızıl top" qazandığı təltifetmə mərasimində "Liverpul"un müdafiəçisi Vircil van Daykin fikirləri narazılıqla qarşılanıb.

Stadium.Az xəbər verir ki, hollandiyalı ulduz futbolçunun "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə bağlı fikirləri maraqla qarşılanıb.

Belə ki, tədbirdən əvvəl yerli kanallardan birinə açıqlama verən van Dayk jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" fikrinə "O rəqib idi ki?" deyə cavab verib. 28 yaşlı mərkəz müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu söyləyib: "Messi 6-cı dəfə bu titula yiyələndi. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi".

Van Daykin sözləri Ronaldonun bacısı Katyanın narazılığına səbəb olub. O, instaqram hesabı vasitəsilə hollandiyalını tənqid edib:

"Bəzi insanlar əsəb oynadırlar. Səmimi deyil və təvazökarlıqdan uzaqdı. Ronaldo 3 liqada çempion oldu. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. Üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb. Bir əlin barmaqlarının sayı qədər çempion olmusan, Ronaldo ilə eyni masa arxasında oturursan".

Vircil van Dayk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail