Stadium.az-ın daha bir xəbəri dorğuldu: Məmmədov Raabın köməkçisi oldu

12.06.2012 | 4576 dəfə oxunub

“Sumqayıt” klubunun məşqçilər korpusunda növbəti dəyişiklik olub. Bir neçə gün öncə klubla yollarını ayıran Aslan Kərimovu veteran futbolçu Aqil Məmmədovun əvəzləyəcəyini xəbər vermişdik. Təyinat bu gün reallaşıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Aqil Məmmədov təyinatı ilə bağlı bunları deyib: 

“Növbəti mövsümdən etibarən əsas komandada Bernhard Raabın köməkçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Əsas məqsədimiz “Sumqayıt” Futbol Klubunu daha üst pillələrə daşımaq olacaq. Növbəti mövsüm üçün olduqca döyüşkən heyət qurmuşuq. Gənclərlə təcrübəli futbolçuların tandemi xeyir verəcək. Artıq komandanın heyətində Samir Abasovdan başqa, Aftandil Hacıyev və Ceyhun Sultanov kimi təcrübəli futbolçular yer alır. Fərid Quliyev, Sabir Allahquliyev və Emin Cəfərquliyev də komandamıza xeyir verəcək. Növbəti mövsüm “Sumqayıt” bütün komandalarla başabaş mübarizə aparacaq. Sonda klubun rəhbərliyinə məni bu vəzifəyə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm”.

Peşəkar karyerasına 1989-cu ildə Sumqayıtın “Xəzər” komandasında başlayan Aqil Məmmədov 1994-cü ildə Tovuzun “Turan” klubuna keçib. Adıçəkilən mütəxəssis futbolçu kimi hər iki komanda ilə Azərbaycan çempionatında gümüş medallara sahib çıxıb.

1996-1998-ci illər ərzində Sumqayıtın “Kimyaçı” klubunda çıxış edən Aqil 1997-1998-ci illər ərzində “Şəmkir”də ölkə çempionluğunu qazanıb. Karyerasının pik nöqtəsini 2003-2006-cı illər ərzində “Neftçi”də keçirmiş Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi “ağ-qaralar”la Premyer Liqa və ölkə kubokunu qazanıb. Aqil “Karvan” və “Standard”dan sonra “Sumqayıt”a qayıdıb.

Qeyd edək ki, Aqil Məmmədov Azərbaycan çempionatlarında ən çox forma geyinən 4-cü futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 364 dəfə meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail